Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Murad Nəbibəyov

Şəki Ensiklopediyası saytından
(İstifadəçi:Azerbaijan səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Murad Nəbibəyov
Murad Rüstəm oğlu Nəbibəyov
Murad Nəbibəyov
Murad Nəbibəyov

Doğum tarixi 4 iyun 1955 (1955-06-04) (64 yaş)
Atası Rüstəm Nəbibəyov
Vətəndaşlıq Flag of the Soviet Union.svg.png SSRİFlag of Azerbaijan.png Azərbaycan
Fəaliyyəti Şəki şəhər bələdiyyəsi Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru.
Şəxsi Facebook səhifəsi

Nəbibəyov Murad Rüstəm oğluŞəki şəhər bələdiyyəsi Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru; AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi.

Həyatı[redaktə]

Murad Nəbibəyov 1955-ci il iyunun 4-də Şəkidə anadan olub. 1961-1969-cu illərdə Şəki şəhər Mirzə Ələkbər Sabir adına 5 saylı səkkizilllik və 1969-1971-ci illərdə Şəki şəhər Maksim Qorki adına 10 saylı məktəbdə orta təhsil almışdır. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Şəki 55 saylı Tikinti-Quraşdırma İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Ç.İldırım ad. Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) metallurgiya fakültəsinə daxil olmuşdur. 1976-cı ildə institutun rəhbərliyi onu babası polkovnik Hüseyn bəy Nəbibəyovun 1930-cu ildə repressiya olunduğuna və babasının qardaşı Bəhram bəy Nəbibəyov 1930-cu ildə Şəkidə Sovet Hakimiyyətinə qarşı olan üsyanın rəhbərlərinən biri olduğuna görə ali məktəbdən xaric etmişdir. 1976-1978-ci illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçdikdən sonra yenidən oxuduğu təhsil müəssisəsinə bərpa edilmiş və 1982-ci ildə oranı qurtarıb ali təhsil almışdır.

Fəaliyyəti[redaktə]

M.Nəbibəyov 1982-ci ildə ali məktəbi bitirdikdən sonra sonra "Bakı məişət kondisioneri" Elm İstehsalat Birliyinin Bakı Elektrik Ştampları təcrübə zavodunda gənc mütəxəssis kimi mühəndis-texnoloq vəzifəsinə işə qəbul edilmişdir. 1992-ci ilədək həmin zavodda mühəndis-texnoloq, usta, baş usta, sahə və sex rəisi vəzifələrində, eyni zamanda 1988-ci ildə zavodun nəzdində təşkil edilmiş İstehsalat-kommersiya kooperativinin sədri vəzifəsində işləmişdir. 1992-ci ildə kooperativ müstəqillik statusu aldıqdan sonra isə 1997-ci ilədək həmin kooperativin sədri olmuşdur.

1997-ci ildən 2005-ci ilədək "Kriminal" qəzetində baş redaktorun müavini, "Zaman-Azərbaycan" və "Ədalət" qəzetlərində Sosial həyat və iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Eyni zamanda müxtəlif qəzetlərlə ("Mərkəz", "Qol", "Axşam", "Son söz" və s.) əməkdaşlıq etmişdir.

2005-ci ilin mart ayında Şəki bələdiyyəsində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilin avqust ayında M.Nəbibəyovun təşəbbüsü ilə Şəki bələdiyyəsi (qəzet)i təsis edilmiş və o, qəzetin baş redaktoru olmuşdur. Eyni zamanda, 2006-2008-ci illərdə "Şəki" qəzetində baş redaktorun müavini və 2009-2016-cı illərdə AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifələrində çalışmışdır.

2 aprel 2015-ci il tarxdən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

M.Nəbibəyovun *Şəki-Azərbaycan internet saytı Dünya Tarixi Şəhərlər Liqası nın internet portalında Qədim Şəkini təmsil edir.

Mükafatları[redaktə]

  • Bakı Elektrik Ştampları təcrübə zavodunda işlədiyi dövrdə buraxılan məhsulun maya dəyərinin aşağı salınmasına və fəhlə əməyinin yüngülləşdirilməsinə birbaşa təsir göstərən yüzədək səmərələşdirici təklifi istehsalatda tətbiq edilmiş, iki dəfə "Azərbaycanın ən yaxşı gənc səmərələşdiricisi" adına layiq görülmüşdür.
  • 2008-ci ilin yekunlarına görə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən "İlin qalibi" adına layiq görülmüşdür.
  • 4 iyun 2015-ci ildə mətbuat sahəsindəki çoxillik səmərəli fəaliyyətinə və 60 illik yubileyinə görə Azərbaycan Mətbuat Şurasının Diplomu ilə təltif edilmişdir.
  • 8 sentyabr 2015-ci il tarixdən "Qızıl qələm" mükafatı laureatıdır.

Xarici keçidlər[redaktə]

Həmçinin bax[redaktə]