Şablon:Hazırkı seçilmiş məqalə

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi və hal-hazırda da sağlam vəziyyətdə orada durur; ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır və içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.

1851-ci ildən 1919-cu ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub.

Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər.

Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib.

Yuxarıda – Ana səhifənin «Seçilmiş məqalə» blokunda göstərilən məqalə. Aşağıda — Şəki Ensiklopediyası:Seçilmiş məqalələr səhifəsində göstərilən dörd əvvəlki məqalə. Yenilənmə zamanı hər bir bloku əvəz etmək və ən yuxarıdakını yeniləmək lazımdır.

Səhifə xətalarının olmaması üçün bu şablon üzərində təcrübələri öz şəxsi səhifənizdə aparmağınız məsləhət görülür.

Mövsüm Salamov

Mövsüm Əsgər oğlu Salamov – Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978), “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin ilk direktoru, şərqşünas, dosent.

1905-ci ildə Nuxada anadan olub. Atası dəmirçi idi. Molla məktəbində ilk təhsilini aldıqdan sonra 12 yaşından atasının emalatxanasında işləməyə başlayıb. 1920-ci ildə Nuxada yeni təşkil edilmiş gecə məktəbinə yazılır və 1922-ci ildə oradan Bakıya Fəhlə fakültəsinə – Rabfaka, oxumağa göndərilir. 1926-cı ildə Fəhlə fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olur. Tələbə ikən – 1929-cu ildə, Azərbaycanı tədqiq və təəbbö cəmiyyətinə işə götürülmüşdü. 1930-cu ildə universiteti bitirdikdən sonra təhsilini 1932-ci ilədək Azərbaycan Dövlət elmi Tədqiqat İnstitutunun aspiranturasında davam etdirib. 1934-cü ildə Azərbaycan Dövlət muzeyinə direktor təyin olunub və SSRİ xalqları kafedrası üzrə dosent elmi adı alıb.


Albert Mustafayev öz emalatxanasında - “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.

Albert Mustafayev − görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, əməkdar rəssam (1982), Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Təsviri incəsənət kafedrasının professoru.

Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanı ilə təltif edilmişdir.

1931-ci ildə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib.

Hələ orta məktəbdə oxuyarkən rəssamlığa və heykəltəraşlığa meyl edirdi. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində heykəltəraşlıq sənətinin sirlərini öyrənib. 1956-cı ildə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra − 1960-cı ildə, Bakıya qayıdıb.


Arzu Cəlilova

Arzu Cəlilova – Azərbaycan bədii gimnastı, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatın (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı. Həmçinin, bədii gimnastika üzrə bir çox yerli, yaxud beynəlxalq əhəmiyyətli turnirlərin də mükafatçısıdır.

2004-cü ildə Bakıda anadan olub. Hər iki valideyni neft mühəndisi idi. Lakin Arzu Cəlilovanın anadan olmasından əvvəl atası Natiq Cəlilov avtomobil qəzasında dünyasını dəyişmişdi. Natiq Cəlilov Şəkidən çıxmış görkəmli alimlərdən biri − Akademik Qurban Cəlilovun oğlu idi.

Arzu Cəlilova 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi” İdman Klubunun bədii gimnastika seksiyasına yazdırıb. Amma anasının işi çox olduğundan onu məşqlərə ana babası Eyvaz Hüseynov və ana nənəsi Rübabə Hüseynova aparıb-gətirdi. 8 yaşından şəhər, respublika və beynəlxalq miqyaslı yarışlarda çıxış etməyə başlayıb.


Aslan Rüstəmov

Aslan Rüstəmov — görkəmli azərbaycanlı heykəltəraş və ilk azərbaycanlı medalyer, bir çox monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, Moskva və Leninqrad Zərbxanalarında tökülmüş 24 ədəd xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifi.

Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biridir.

Azərbaycan Xalq rəssamı Cahangir Rüstəmovun qardaşı, tanınmış heykəltəraşlar – MahmudTeymur Rüstəmovların isə atasıdır.