Ana səhifə

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search

Şəki Ensiklopediyası

442 məqalə (ən yeni, ən köhnə).

  • .
  • .
  • .
Yeni məqalələrdən bir nümunə

Zivər İsrafilzadə

Zivər İsrafilzadə

Zivər İsrafilzadə ( d.  24 avqust 1997, Şəki, Azərbaycan) — Kiyev şəhər administrasiyasında daxili audit şöbəsinin müdiri. 1997-ci ildə Şəkidə anadan olub. 2004-cü ildə Kiyev şəhərindəki 46 №-li məktəbin 1-ci sinfinə gedib. 2015-ci ildə Kiyev Ali Polis Akademiyasının hüquq fakültəsinə qəbul olunub. 2019-cu ildə bakalavr dərəcəsinə yiyələnib və təhsilini Akademiyanin hüquq fakültəsinin magistraturasında qiyabi yolla davam etdirməyə başlayıb. Akademiyada təhsil zamanı Kiyev şəhər merıyasinda və Ukrayna Parlamentinin hüquq mühafizə orqanlarina nəzarət komitəsində iş təcrübəsi əldə edib. 2019-cu ilin iyul ayında – 21 yaşında, Kiyev şəhərinin mərkəzi rayonu olan Peçersk rayon administrasiyasinda Hüquq mühafizə orqanlarına nəzarət və korrupsiyaya qarşı mübarizə şöbəsində müdir müavini, iki ay sonra isə şəhər administrasiyanin daxili audit şöbəsini müdiri vəzifəsinə təyin edilib.

Yeni məqalələrdən bir nümunə

Aytən Rustəmova

Aytən Rustəmova

Aytən Rustəmova ( d.  15 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bank işçisi, Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri; azərbaycanlı-qadın bloger, “Aytən Qiyas-Rustəmova” adı ilə fəaliyyət göstərir, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir.

Yaxşı məqalələrdən nümunələr (6 dənə, avtomatik dəyişilir)

David Utiyev

Şəki şəhərindəki keçmiş pravoslav kilsəsi binasının cənub tərəfində David Utiyevin qəbri.

David Nikolayeviç Utiyev (rus.: Давид Николаевич Утиев) — pravoslav kilsə xadimi, protoiyerey (baş keşiş), Qax İngiloy kilsəsinin keşişi (1876 – 1886), Nuxa Üçmüqəddəs kilsəsinin əvvəl keşişi, daha sonra protoiyereyi (1890 – dekabr, 1919) olub.

Qəbri indiki Şəki şəhərindəki keçmiş pravoslav kilsəsi binasının cənub-qərb tərəfindədir. Qəbir kitabəsi zədəli vəziyyətdə olsa da David Utiyevin adı aydın oxunur. Ölüm tarixi olan hissə zədəli vəziyyətdədir, amma “dekabr 1919-cu il” kimi oxumaq mümkündür. Kitabənin gürcü əlifbası ilə olan hissəsində 55 yaşında vəfat etdiyi göstərilib; bu onun təvəllüdünün 1864-cü il olması deməkdir.

Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nukha-1907-4.png


Yeni materiallardan

Bilirsinizmi?

Yusif Kərimli.jpg
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı Yusif Kərimlinin də adını çəkib.


Bələdiyyə seçkiləri (2019).jpg
  • Şəki şəhər bələdiyyəsinə namizədlər arasında ən gənci – 1997-cı il təvəllüdlü Günay Qasımova və ən yaşlı – 1952-ci il təvəllüdlü Elmira Hacıyeva, hər ikisi seçkidə lider namizədlər sırasındadır, amma birinci ikincidən çox səs toplayıb.


Aydın Süleymanlı 2017-ci ildə
  • Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında (oktyabr, 2019) 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmış Aydın Süleymanlı — Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.


Arzu Cəlilova
  • Bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova — Şəkidən çıxmış görkəmli alimlərdən biri, akademik Qurban Cəlilovun nəvəsidir.


“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
  • XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır.


Seçilmiş məqalələrdən bir nümunə

Nuxa Üçmüqəddəs kilsəsi

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. 1851-ci ildən 1919-cu ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub. Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər. Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib.