Bu məqalə seçilmişlər sırasına daxildirdir

Aslan Rüstəmov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Aslan Rüstəmov
Rüstəmov Aslan Mahmud oğlu
Aslan Rüstəmov Aslan Rüstəmov
Doğum tarixi 23 sentyabr 1932 (1932-09-23) (87 yaş)
Doğum yeri Flag of the Azerbaijan Soviet Socialist Republic.jpg Azərbaycan SSR, Bakı
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq məktəbi (1948 – ); Moskva Ali Rəssamlıq-Sənaye Məktəbi (keçmiş Stroqanovski) (1953 – 1960)

Aslan Rüstəmov — görkəmli azərbaycanlı heykəltəraş və ilk azərbaycanlı medalyer, bir çox monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, Moskva və Leninqrad Zərbxanalarında tökülmüş 24 ədəd xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifi.

Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biridir.

Azərbaycan Xalq rəssamı Cahangir Rüstəmovun qardaşı, tanınmış heykəltəraşlar – MahmudTeymur Rüstəmovların isə atasıdır.

Həyatı[redaktə]

1932-ci ildə Bakıda anadan olub. Valideynləri cəmi bir neçə il idi ki Nuxadan Bakıya köçmüşdülər.

Orta məktəbi bitirdikdən sonra əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində (1948 – ), sonra isə Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində (1953 – 1960) təhsil alıb.

1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019-cu ilədək iki fərdi yaradıcılıq sərgisi keçirilib.

Yaradıcılığı[redaktə]

Heykəltəraşlıq işləri[redaktə]

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi[redaktə]

Bəhram Gurun heykəli (Bakı)
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifləri − Aslan Rüstəmov və Albert Mustafayev (Şəki, 2014)

Aslan Rüstəmov hələ 1960-cı ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alarkən, həmin vaxt SSRİ Rəssamlıq Akademiyası nəzdində Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyan Albert Mustafayev və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücaəddinovla birlikdə “Bəhram Gur əjdahanı öldürür” adlı bir fontan-kompozisiyası hazırlayıb Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etmişdilər. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənmiş, onu bürüncdən tökdürərək Bakının ən görməli yerlərindən birində ucaltdırmışdır.

Digər heykəltəraşlıq işləri[redaktə]

  • Şamaxıda Seyid Əzim Şirvaninin mərmərdən yonulmuş qəbirüstü abidəsi;
  • Rusiyanın Ulyanovsk şəhərində Nəriman Nərimanovun qırmızı mərmərdən heykəli;

Oğlu Mahmud və Teymur Rüstəmovlar ilə birlikdə[redaktə]

  • Bakıda: Ukrayna dairəsində Heydər Əliyevin heykəli, Xocalı faciəsini təcəssüm etdirən “Ana harayı” abidəsi, Vasif Adıgözəlovun heykəli;
  • Şəkidə: Sabit Rəhmanın büstü, Rəşid bəy Əfəndiyevin ev muzeyində Rəşid bəy Əfəndiyevin büstü.

Digər heykəltəraşlıq işlərinin fotoşəkilləri[redaktə]

Medalyer fəaliyyəti[redaktə]

1958-ci ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alarkən, əvvəlcə Məhəmməd Füzuliyə həsr olunmuş medal üzərində işləyib. Onun Leninqrad Zərbxanasında tuncdan tökülmüş ilk işi Əhməd Salikovla birgə 1965-ci ildə hazırladığı Müslim Maqomayevin 80 illiyinə həsr olunmuş xatirə medalıdır. 1977-ci ildə Budapeştdə keçirilən Ümumdünya medalyer sərgisində Əcəmi Naxçıvaniyə həsr olunmuş medalı nümayiş etdirilmiş və beynəlxalq kataloqa salınmışdır. 1979-cu ildə Macarıstanın Neyhauzel şəhərində keçirilən simpoziumda isə hazırladığı on medal sərgidə nümayiş etdirilmişdir. Bu medallardan ikisi həmin şəhərin muzeyi tərəfindən, “Nizami” medalı isə Moskva Dövlət Tarix Muzeyi tərəfindən satın alınmış və həmişəlik olaraq həmin müzeylərin daimi ekspozisiyaya daxil edilmişdir.

Hazırladığı medalların fotoşəkilləri[redaktə]

İstifadə edilmiş əsas mənbə[redaktə]