David Utiyev

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
David Utiyev
rus.: Давид Николаевич Утиев
Uşağı Georgi Davidoviç Utiyev
Atası Nikolay
Peşəsi keşiş

David Utiyev (rus.: Давид Николаевич Утиев) — pravoslav kilsə xadimi, protoiyerey (baş keşiş)[qeyd 1], Qax İngiloy kilsəsinin keşişi (1876[1] – 1886[2]), Nuxa Üçmüqəddəs kilsəsinin əvvəl keşişi, daha sonra protoiyereyi (1890 – ən tezi 1916)[qeyd 2].

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Haqqında məlumatlar[redaktə]

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, mərkəzdə David Utiyevin adı həkk olunmuş, lakin onun arvadı Annaya aid olduğu hesab edilən qəbir, 2015-ci il.

Kilsə fəaliyyəti[redaktə]

Şəki şəhərindəki keçmiş pravoslav kilsəsi binasının cənub tərəfində David Utiyevin adı həkk olunmuş, lakin onun arvadı Annaya aid olduğu hesab edilən qəbir.

Qax ingiloy kilsəsinin keşişi olarkən (1876 – 1886) Tasmalı kənd əhalisini xristianlaşdırmağa çalışmışdı[qeyd 3] .

1890-cı ildən Nuxa Üçmüqəddəs kilsəsinin keşişi idi. 1905-ci ilə aid sənəddə adı milad bayramı münasibəti ilə mükafatlandırılmış ruhanilər sırasında çəkilib[3]. Ən geci 1910-cu ildə protoiyerey ruhani rütbəsinə malik olub[qeyd 1].

Dini-pedoqoji fəaliyyəti[redaktə]

1887 – 1889-сu ildə Navtluqdakı (Tbilisi ətrafı) məktəbin[4][5], 1890-cı ildə isə Karaqan kəndində (Zaqatala dairəsi) dini məktəbin müəllimi olub[6]. 1890-cı ildən həm də Nuxa şəhər məktəbində öz təriqəti üzrə dini dərs deməyə başlayıb[7]. 1916-cı ildə Nuxa Müqəddəs Nina təhsil müəssisəsində[8], Nuxa qəza məktəbində[9] və Nuxa özəl kişi gimnaziyasında[10] öz təriqəti üzrə dini dərs deyirdi.

Qəbirüstü kitabədə adının həkk olunması[redaktə]

David Utiyevin adı həkk olunmuş və xeyli zədəli vəziyyətdə olan qəbirüstü kitabə iki hissədən ibarətdir, bir hissəsi gürcücə, ikinci hissəsi isə ruscadır. Kitabənin rusca hissəsində David Utiyevin adı və familiyası aydın oxunsa da bir çox sözlərin düzgün oxunması mümkün deyil. Kitabənin gürcücə olan hissəsində isə qəbrin Davit Utiyevin 55 yaşında vəfat etmiş arvadı Annaya aid olduğu göstərilir[qeyd 4].

Ailəsi[redaktə]

Oğlu Georgi Davidoviç Utiyev 1907-ci ildə Nuxada xəzinədarlıq işləri üzrə dövlət qulluğunda işləyirdi[11].

Qeydlər[redaktə]

  1. 1,0 1,1 1907-ci mənbəsində ruhani rütbəsi keşiş (Кавказский календарь 1907 (2), с. 278), 1910-cu il mənbəsində isə ruhani rütbəsi protoiyerey olaraq göstərilir (Кавказский календарь 1910, с. 265); başqa sözlə, protoiyerey ruhanı rütbəsinə 1907 – 1910-cu illər arasında — ən geci 1910-cu ildə, layiq görülüb.
  2. David Utiyev 1890-cı ildə 3 sinifli Nuxa qəza məktəbində öz təriqəti üzrə dini dərs deyirdi (Кавказский календарь 1890, с. 181) – buna əsasən, burada David Utiyevin 1890-cı ildən Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olması göstərilib. David Utiyevin 1916-cı ildə Nuxa şəhərindəki məktəblərdəki dini-pedoqoji aktivliyi (Кавказский календарь 1916, с. 386) (Кавказский календарь 1916 (2), с. 428) (Кавказский календарь 1916 (3), с. 454) onun həmin ildə Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olduğunu göstərir; Nuxada cəmi bir pravoslav kilsəsi vardı, əgər 1916-ci ildə Nuxa məktəblərində bir pravoslav keşiş, yaxud bir protoiyerey dərs deyirsə, onun Nuxa Üçmüqəddəs kilsəsinin keşişi, yaxud protoiyereyi olması heç bir şübhə doğurmur.
  3. Müasir tədqiqatçılardan İ.Əliyeva hesab edir ki, David Utiyev Tasmalı kənd əhalisini qeyri-qanuni yollarla xristianlaşdırmağa çalışıb (Алієва І. 2013).
  4. Qəbirüstü kitabənin gürcücə hissəsinin oxunmasına Qax şəhər sakini Malxaz Nuraşvili yardımçı olub.

İstinadlar[redaktə]

Ədəbiyyat[redaktə]

  1. Учебныя заведения // Кавказский календарь. — Тифлис, 1907 (2). — С. 278.
  2. Учреждения министерства народного просвещения // Кавказский календарь. — Тифлис, 1910. — С. 265.
  3. Благочинные, состоящие в ведении Общество возстановления Православного Христианства на Кавказе: // Кавказский календарь. — Тифлис, 1876. — С. 65.
  4. Духовное ведомстово православного исповедания // Кавказский календарь. — Тифлис, 1886. — С. 68.
  5. Низшия учебныя заведения в Елисаветопольской губ. // Кавказский календарь. — Тифлис, 1890. — С. 181.
  6. Духовное ведомстово православного исповедания // Кавказский календарь. — Тифлис, 1890 (2). — С. 249.
  7. Учреждения министерства народного просвещения // Кавказский календарь. — Тифлис, 1916. — С. 386.
  8. Учреждения министерства народного просвещения // Кавказский календарь. — Тифлис, 1916 (2). — С. 428.
  9. Учреждения министерства народного просвещения // Кавказский календарь. — Тифлис, 1916 (3). — С. 454.
  10. Алієва І. Християнізація в північно–західному Азербайджані в період царської Росії (70-і роки XIX ст.) (rus.) // Гілея: науковий вісник. — 2013. — № 72.
  11. Дирекция народных училищ Тифлисской губ.: // Кавказский календарь. — Тифлис, 1887. — С. 161.
  12. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1889. — С. 76.
  13. Церковныя Вѣдомости // При Святѣйшемъ Правительствующему Сунодѣ. — С.-Петербург: Сѵнодальная Типографія, 1905. — С. 175. Arxivləşdirilibdir birinci mənbədən 12 sentyabr 2019.
  14. Məmmədov A. S. Üç-Müqəddəs kilsəsi // Şəkinin səsi. — 2016. — № 1 (441). Arxivləşdirilibdir birinci mənbədən 23 mart 2019.
  15. Учреждения министерства финансов // Кавказский календарь. — Тифлис, 1907. — С. 29.