Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Qavriil Peçenski

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Qavriil Franseviç Peçinski
Doğum tarixi 5 sentyabr 1877(1877-09-05)
Doğum yeri Krasnıye kolodsı kəndi, Siqnax qəzası, Tiflis quberniyası
Vəfat tarixi 1943
Vəfat yeri Sevastopol
Atası Frans İvanoviç Peçenski

Qavriil Franseviç Peçinski (rus.: Гавриил Францевич Печинский) — pravoslav kilsə xadimi, 1894 – 1896-cı illərdə Nuxa Üçmüqəddəs kilsəsində zəbur oxuyan (rus.: псаломщик), 1943-cü ildə Sevastopol Pokorov kilsəsinin keşişi olub.

Haqqında məlumatlar[redaktə]

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

5 sentyabr (24 avqust) 1877-ci il tarixdə Siqnax qəzasının (Tiflis quberniyası) Krasnıye Kolodsı kəndində anadan olub. Atası Frans İvanoviç Peçenski milliyyətcə polyak idi və rus hərbi hissəsində əsgər kimi 29 il xidmət edib. Anası Siqnax şəhərinin sakini fəhlə Ovanesovun qızı idi. Ailədə 7 bacı, 7 qardaş olublar və ən kiçiyi Qavriil Peçinski idi. Qavriil Peçinski 10 yaşında – 1888-cı ildə, Tiflis Ruhani məktəbində təhsil almağa başlayıb. 1894-cü ildə həmin məktəbi bitirdikdən sonra 1896-cı ilin sentyabr ayına qədər Nuxa Üçmüqəddəs kilsəsinində zəbur oxuyan vəzifəsidə çalışıb. Sonra Şimali Qafqaza gedib, 1918-ci ilədək orada müxtəlif yerlərdə, müxtəlif kiçik vəzifələrdə işləyib. 1918-ci ildə Krıma köçüb, 1828-cı ildək burada da yenə müxtəlif yerlərdə, müxtəlif kiçik vəzifələrdə – əsasən mühasibat sahəsi üzrə vəzifələrdə işləyib. 1929-ci ildə kilsə ilə əlaqələrinə görə “din təbliğatı” ittihamı ilə 6 aylıq həbs cəzasına məhkum edilib[1]. 1943-cü ildə – Krımın alman işğalı altında olduğu dövrdə, Qavriil Peçinski Sevastopol Pokorov kilsəsinin keşişi idi. Almanlar onu tutub işgəncə verdikdən bir neçə gün sonra vəfat edib[2].

İstinadlar[redaktə]

Ədəbiyyat[redaktə]

  1. Андрей, Валякин (2011). "Топловская Свято-Параскевская обитель" (in ru). Симферополь. Главное управление СБУ в АР Крым: crimea-eparhia.ru. Archived from the original on 23 Apr 2019. https://web.archive.org/web/20190423175621/http://crimea-eparhia.ru/pdf/toplovskiy.pdf. 
  2. Соколов Д. В. (2019). "Русская Православная Церковь в Крыму в 1941-1945 гг.: между свастикой и звездой" (in ru). rys-strategia.ru. Archived from the original on 25 Sep 2019. https://web.archive.org/web/20190925141531/http://rys-strategia.ru/news/2019-06-17-7525.