Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Sabir Məmmədov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Sabir Məmmədov
Sabir Niyaz oğlu Məmmədov
  • (rus.: Сабир Ниязович Мамедов )
Sabir Məmmədov
Doğum tarixi 6 dekabr 1968 (1968-12-06) (51 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Russia.svg Rusiya
İş yeri Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun «Dövlət hüquqları və gömrük işləri» (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.
Elmi dərəcəsi Hüquq elmləri namizədi (2007)
Təhsili Vladimir Politexnik institutu (1990-1994); Vladimir Dövlət Universitetinin hüquq fakültəsi (1998 -2001); Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası, Dövlət və bələdiyyə idarəçiliyi ixtisası (2010-2013)

Sabir Məmmədov — azərbaycanlı Rusiya alimi, hüquq elmləri namizədi, Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun «Dövlət hüquqları və gömrük işləri» (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.

Həyat və fəaliyyəti[redaktə]

1968-ci ildə Nuxa şəhərində, fəhlə ailəsində anadan olub. 1976-cı ildə şəhər 19 saylı orta məktəbin birinci sinfinə gedib. Ailəsi kasıb yaşayırdı. Məktəb illərində bacardığı işdən yapışıb pul qazanmağa çalışırdı ki ailəsinə bir az maddi köməklik olsun. Yay aylarında çayçı yanında da işləyib. Bununla yanaşı, məktəb illərində bir çox dərnəklərə gedib, müxtəlif idman növləri ilə də məşğul olub. Ən çox xoşladığı isə radio-texnika dərnəyi idi. Radiotexnika mühəndisi olmaq istəyirdi, planlaşdırmışdı ki, orta məktəbi qurtaran kimi sənədlərini Politexnik İnstitutuna versin.

1986-cı ildə orta təhsilini başa vurur. Sənədlərini Politexnik İnstitutunun radio-mexanika fakültəsinə versə də qəbul oluna bilmir. Bundan sonra sənədlərini Bakı Energetika Texnikumuna təqdim edir, bu dəfə imtahanlardan müvəffəqiyyətlə keçir, texnikuma qəbul olunur. Lakin elə həmin il hərbi xidmətə çağırılır və iki il Sakit Okean Hərbi Dəniz Donanmasında qulluq edir. 1988-ci ildə hərbi xidmətdən geri döndükdən sonra Bakı Energetika Texnikumunda təhsilini davam etdirmir, əvəzində Rusiyanın Vladimir şəhərinə gedir, Politexnik institutun hazırlıq kursuna daxil olur. 1990-cı ildə Vladimir Politexnik İnstitutuna qəbul olunur. Bu institutdan sonra 1998-2002-ci illərdə Vladimir Dövlət Universitetində (hüquq fakültəsi) ikinci ali təhsil alır. 2007-ci ildə Moskva şəhərində elmlər namizədi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. 2010-2013-cü illərdə isə üzrə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasında (Dövlət və bələdiyyə idarəçiliyi ixtisası) üçüncü ali təhsil alır.

Səkkiz monoqrafiyanın və bir çox məqalələrin müəllifi, yaxud həmmüəllifidir.

Rusiya Təbii Elmlər Akademiyasının (rus.: «Российской Академии Естествознания») müxbir üzvü və professorudur. Beynəlxalq Təbii Elmlər Akademiyasının, Rusiya Kriminoloji Assosiasiyasının, Rusiya Hüquqşünaslar Assosiasiyasının və Rusiya Azad-İqtisadi Cəmiyyətinin üzvüdür.


İstifadə edilmiş mənbələr[redaktə]