Vasili Karbelov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Vasili Karbelov
Uşağı
  • Tamara Vasilevna Karbelova
  • Yelizbar Vasileviç Karbelov
  • Şalva Vasileviç Karbelov (1892 – 1938)
Peşəsi keşiş (pravoslav)
Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Vasili Qriqoreviç Karbelov (rus.: Василий Григорьевич Карбелов) — pravoslav kilsə xadimi, 1885 – 1887-ci illərdə Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olmuş, eyni vaxtda həm də üçillik Nuxa şəhər məktəbində öz təriqəti üzrə dini dərs demişdir[1][2].

1889-сu ildə Tiflis Mixaylov xəstəxanasının feldşer məktəbində pravoslavlıq qaydalarından və gürcü dilindən dərs deyirdi[3]. 1916-ci ilə aid sənəddə Gürcüstan yeparxiyası ilahiyyat kilsə muzey komissiyasının daimi üzvü olaraq adı çəkilir[4].

Qardaşı Poliyevkt Qriqoreviç Karbelov 1883-cü ildə Tiflis yeparxial qadın məktəbində kilsə-slavyan nəğməsi və Gürcüstan kilsəsi fənni üzrə müəllim[5], 1905-1907-ci illərdə isə Tiflis Ançisxat kilsəsinin keşişi olub; Gürcüstan kilsəsinin avtokefallığı üçün çalışırdı[6].

Qızı Tamara Vasilevna Karbelova 1916-cı ildə Tiflis müq. Nina qadın təhsil müəssisəsində müəllim idi[7]. Oğlu Yelizbar Vasileviç Karbelov 1915-1916-cı illərdə aqronom olaraq dövlət qulluğunda çalışırdı[8][9] Digər oğlu Şalva Vasileviç Karbelovu və qadaşı oğlu David Poliyevktoviç Karbelaşvilini Stalin represiyaları zamanı – 1938-ci il ildə, güllələyiblər[10][11].

İstinadlar[redaktə]

İstifadə olunmuş mənbələr[redaktə]

  1. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1885. — С. 87.
  2. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1887. — С. 164.
  3. Управление медицинскою частию на Кавказе. // Кавказский календарь. — Тифлис, 1889. — С. 62.
  4. Учреждения святейшаго правительствуюшаго синода. // Кавказский календарь. — Тифлис, 1916. — С. 747.
  5. Духовного ведомство православного исповедания. // Кавказский календарь. — Тифлис, 1883. — С. 75.
  6. Материалы об убийстве Экзарха Грузии Никона Софийский. — Тбилиси – Рязань, 2016. — С. 305.
  7. Учреждения министерства народного просвещения. // Кавказский календарь. — Тифлис, 1916 (2). — С. 747.
  8. Сельскохозайнственныя общества. // Кавказский календарь. — Тифлис, 1915. — С. 660.
  9. Учреждения министерства внутренних дела. // Кавказский календарь. — Тифлис, 1916 (3). — С. 137.
  10. Открытый список (2019). "Карбелов Шалва Васильевич (1892)" (in Rus.). ru.openlist.wiki. Archived from the original on 01 Oct 2019. https://web.archive.org/web/20191001222653/https://ru.openlist.wiki/%D0%9A%D0%B0%D1%80%D0%B1%D0%B5%D0%BB%D0%BE%D0%B2_%D0%A8%D0%B0%D0%BB%D0%B2%D0%B0_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87_(1892). 
  11. Открытый список (2019 (2)). "Карбелашвили Давид Полиевктович (1893)" (in Rus.). ru.openlist.wiki. Archived from the original on 01 Oct 2019. https://web.archive.org/web/20191001223210/https://ru.openlist.wiki/%D0%9A%D0%B0%D1%80%D0%B1%D0%B5%D0%BB%D0%B0%D1%88%D0%B2%D0%B8%D0%BB%D0%B8_%D0%94%D0%B0%D0%B2%D0%B8%D0%B4_%D0%9F%D0%BE%D0%BB%D0%B8%D0%B5%D0%B2%D0%BA%D1%82%D0%BE%D0%B2%D0%B8%D1%87_(1893).