Əsas menyunu aç

Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr

Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və bir yazılı qəbirüstü abidədən ibarətdir.

Qəbiristanlıq
Xan qəbiristanlığı
Şəki şəhərindəki Xan məscidi və Xan qəbristanlığı
Şəki şəhərindəki Xan məscidi və Xan qəbristanlığı
Ölkə Azərbaycan
Şəhər Şəki
Ən köhnə və ən yeni yazılı başdaşılarda tarixlər 1815—1920 
Koordinatlar 41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E / 41.202529; 47.191714 Map marker.svg41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E / 41.202529; 47.191714

Mündəricat

Ümumi məlumatRedaktə

Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur[1]. Hal-hazırda orada cəmi 10 yazılı başdaşı və bir yazılı qəbirüstü abidə var.

Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində[1], bir neçə başdaşı haqqında isə 1984-cü və 2001-ci ildə çap olunmuş kitablarında[2][3] məlumat vermişdir. Bir başdaşı hissəsi üzərindəki kitabəni 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir[4]. 2018-ci ilin sonlarında isə AMEA Şəki Regional Elmi Mərkəzi qəbristanlıqdakı epiqrafik abidələrin kompleks tədqiqinə başlayıb.

Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda dünyasını dəyişmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda torpağa tapşırılması[5], atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi[6] məlum olsa da başdaşıları aşkar edilməmişdir.

Heç bir şübhə yoxdur ki, gəncəli Cavad xanın arvadının da qəbri buradadır; mənbədə göstərilir ki, Cavad xan ruslarla döyüşdə öldürüldükdən sonra onun arvadı Nuxaya qayıtmış (Məhəmmədhəsən xanın bacısı idi) və 1830-cu ildə burada dünyasını dəyişmişdir[7].

2010-cu ilin əvvəllərində salamat vəziyyətdə olan bir bütöv başdaşı və bir neçə başdaşı hissəsi qəbristanlıqdan götürülərək R.B.Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmışdır[8] və indiyə qədər orada saxlanılmaqdadır. Xan qəbristanlığından götürülmüş bütöv başdaşı Azərbaycanın görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir bacısı Səltənət bəyimə, başdaşı qəlpələrindən biri isə Səltənət bəyimin anası Səadət bəyimə (İsmayıl xan Xoyskinin qızı) aid idi.

SiyahıRedaktə

Telli bəyimin başdaşıƏbdülhəmid ağanın başdaşıTutu ağanın başdaşıHacı Ağa Nigarın/Zeynəbin başdaşıBulaq kitabəsiCəmilə xanımın başdaşıKərim ağa Şəkixanovun başdaşıFətəli xanın başdaşıGüllü xanımın başdaşıGöyçək xanımın başdaşıMustafa ağanın başdaşı 
Şəkil Adı,
atasının adı,
və familiyası
Anadan
olduğu
il
Vəfat
tarixi
Əlavə qeyd
Mustafa ağanın başdaşı
  Mustafa ağa
Kərim ağa oğlu
Şəkixanov
≈1831 1895, 5 noyabr
(Hicri 1313, cəmadiyəl-əvvəl ayının 17-si)
Göyçək xanımın başdaşı
  Göyçək xanım
Məhəmmədhüseyn xan qızı
1849, may/iyun ayı
(Hicri 1265-ci il ilin rəcəb ayı)
Güllü xanımın başdaşı
  Güllü xanım
Kərim ağa qızı
Şəkixanova
19.11.1858-ci il
(Hicri 12.04.1275-ci il)
Fətəli xanın başdaşı
  Fətəli xan
Məhəmmədhüseyn xan oğlu
11.05.1815-ci il
(Hicri 02.05.1230-cu il)
Kərim ağa Şəkixanovun başdaşı
  Kərim ağa
Fətəli xan oğlu Şəkixanov
≈1788 10.12.1858-ci il
(Hicri 14.05.1275-ci il)
Cəmilə xanımın başdaşı
  Cəmilə xanım
Məhəmmədhüseyn xan qızı
26.07.1835-ci il
(Hicri 02.01.1251-ci il)
Telli bəyimin başdaşı
  Telli bəyim
Əbdülhəmid ağa qızı
1899/1900-ci il
(Hicri 1317-ci il)
Əbdülhəmid ağanın başdaşı
  Əbdülhəmid ağa
Əbdülhəşım ağa oğlu
1854/55-ci il
(Hicri 1271-ci il)
Tutu ağanın başdaşı
  Tutu ağa
Məhəmmədhəsən xan qızı
23.11.1859-ci il
(Hicri 23.04. 1276-cı il)
Hacı Ağa Nigarın/Zeynəbin başdaşı
  Hacı Ağa Nigarın/
Zeynəbin başdaşı
1817/1818
(Hicri 1233)
Meşədixanım Neymət 2001-ci ildə çap olunmuş kitabında başdaşı üzərindəki adı "şəkili Hacı Ağa bəyin qızı Zeynəb" [3] kimi göstərsə də, 1981-ci ildə çap olunan kitabında bu adı "Hacı Ağa Nigar Hacı qızı"[9] kimi təqdim edib.
Səltənət bəyimin başdaşı
  Səltənət bəyim
İskəndər xan qızı
05.01.1869-cu il
(Hicri 22.09.1285-cı il)
2010-cu ilin əvvəllərində salamat vəziyyətdə olan bu başdaşı bir neçə başdaşı hissəsi ilə birlikdə qəbristanlıqdan götürülərək R.b.əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmış[8] və indiyə qədər orada saxlanılmaqdadır. Səltənət bəyim Azərbaycanın görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir bacısı idi.
Səadət xanımın başdaşı
  Səadət xanım
İsmayıl xan qızı
1819 24.07.1892-cu il
(Hicri 28.12.1309 -cu il)
2010-cu ilin əvvəllərində qəbristanlıqdan götürülərək R.b.əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmış və indiyə qədər orada saxlanılmaqdadır. Səadət xanımın anası Tuti ağa idi.
Bulaq kitabəsi
  Məhəmməd paşa
Əhməd xan oğlu
20 may
1859
(Hicri 17 şəvval 1275-ci il)
5 oktyabr 1920-ci il
(Hicri 21 məhərrəm 1339-cu il)
Bulaq daşı üzərinə həkk olunmuş kitabə.

İstinadlarRedaktə

İstifadə edilmiş mənbələrRedaktə



Həmçinin baxRedaktə