Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Sənədlər Sənədlər
  Bu şablonun istifadəsinə dair təlimat hələ hazırlanmayıb.

Siz şablonun istifadə qaydalarını hazırlamaqla layihəyə kömək etmiş olarsınız. İstifadə qaydalarında şablonun nə işə yaraması, ondan necə istifadə edilməsi, hansı parametrlərə əsaslanması öz əksini tapmalıdır. Bu digər istifadəçilərin şablondan istifadə etməsini asanlaşdırar.
Qeydlərinizi <noinclude></noinclude> teqlərinin arasında yazmağı unutmayın.


Yusif Kərimli.jpg
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı Yusif Kərimlinin də adını çəkib.


Süleyman Süleymanlı
  • Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Süleyman Süleymanlı uğurlu nəticələrinə görə cəmi 9 yaşında FİDE Ustalığa namizədi normasını yerinə yetirmişdir. O, həm də məktəblilərin şahmat üzrə 2019-cu il Dünya çempionatının − U13 yaş kateqoriyası, oğlanlar arasında, − gümüş mükafatçısıdır.


Bələdiyyə seçkiləri (2019).jpg


Aydın Süleymanlı 2017-ci ildə
  • Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında (oktyabr, 2019) 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmış Aydın Süleymanlı — Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.


Arzu Cəlilova
  • Bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova — Şəkidən çıxmış görkəmli alimlərdən biri, akademik Qurban Cəlilovun nəvəsidir.


“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
  • XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır.