Şablon:Seçilmiş məqalələrdən 6 nümunə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon Şəki Ensiklopediyasında altı seçilmiş məqalənin generasiyası üçündür; altı seçilmiş məqalənin xülasənin Ana səhifədə avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓


Mövsüm Salamov.

Mövsüm Əsgər oğlu Salamov – Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978), “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin ilk direktoru, şərqşünas, dosent. 1905-ci ildə Nuxada anadan olub. Atası dəmirçi idi. Molla məktəbində ilk təhsilini aldıqdan sonra 12 yaşından atasının emalatxanasında işləməyə başlayıb. 1920-ci ildə Nuxada yeni təşkil edilmiş gecə məktəbinə yazılır və 1922-ci ildə oradan Bakıya Fəhlə fakültəsinə – Rabfaka, oxumağa göndərilir. 1926-cı ildə Fəhlə fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olur. Tələbə ikən – 1929-cu ildə, Azərbaycanı tədqiq və təəbbö cəmiyyətinə işə götürülmüşdü. 1930-cu ildə universiteti bitirdikdən sonra təhsilini 1932-ci ilədək Azərbaycan Dövlət elmi Tədqiqat İnstitutunun aspiranturasında davam etdirib. 1934-cü ildə Azərbaycan Dövlət muzeyinə direktor təyin olunub və SSRİ xalqları kafedrası üzrə dosent elmi adı alıb...


Albert Mustafayev öz emalatxanasında - “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.

Albert Mustafayev − görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, əməkdar rəssam (1982), Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanı ilə təltif edilmişdir. 1931-ci ildə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib...


Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il.

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi və hal-hazırda da sağlam vəziyyətdə orada durur; ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır və içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. 1851-ci ildən 1916-cı ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub. Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər. Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib...


Arzu Cəlilova.

Arzu Cəlilova – Azərbaycan bədii gimnastı, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı. Həmçinin, bədii gimnastika üzrə bir çox yerli, yaxud beynəlxalq əhəmiyyətli turnirlərin də mükafatçısıdır. 2004-cü ildə Bakıda anadan olub. Hər iki valideyni neft mühəndisi idi. Lakin Arzu Cəlilovanın anadan olmasından əvvəl atası Natiq Cəlilov avtomobil qəzasında dünyasını dəyişmişdi. Natiq Cəlilov Şəkidən çıxmış görkəmli alimlərdən biri − Akademik Qurban Cəlilovun oğlu idi. Arzu Cəlilova 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi” İdman Klubunun bədii gimnastika seksiyasına yazdırıb. Amma anasının işi çox olduğundan onu məşqlərə ana babası Eyvaz Hüseynov və ana nənəsi Rübabə Hüseynova aparıb-gətirdi. 8 yaşından şəhər, respublika və beynəlxalq miqyaslı yarışlarda çıxış etməyə başlayıb...


Aslan Rüstəmov.

Aslan Rüstəmov — görkəmli azərbaycanlı heykəltəraş və ilk azərbaycanlı medalyer, bir çox monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, Moskva və Leninqrad Zərbxanalarında tökülmüş 24 ədəd xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifi. Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biridir. Azərbaycan Xalq rəssamı Cahangir Rüstəmovun qardaşı, tanınmış heykəltəraşlar – MahmudTeymur Rüstəmovların isə atasıdır. 1932-ci ildə Bakıda anadan olub. Valideynləri cəmi bir neçə il idi ki Nuxadan Bakıya köçmüşdülər. Orta məktəbi bitirdikdən sonra əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində (1948 – ), sonra isə Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində (1953 – 1960) təhsil alıb. 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019-cu ilədək iki fərdi yaradıcılıq sərgisi keçirilib...


Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.

Səlim xan — Şəki xanı (1795-1797, 1805-1806 ), hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün 1805-ci ildə xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, 1806-cı ildə bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq 500 nəfərlik dəstəsi ilə İrana keçmişdir. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra 1818-ci ilin dekabrında Bağdad paşasının yanına gedərək Osmanlı dövlətindən siyasi sığınacaq istəmişdir. Ona aylıq 2500 quruş maaş təyin edilmiş, əvvəl Ərzurumda, sonra isə Ankarada yaşamaq izni verilmişdir. Həccə getmək istəyərkən, 12 aprel 1826-cı il tarixdə Ankara yaxınlığındakı Kırşehrdə vəfat edib...