Şablon:Yeni məqalələrdən 6 nümunə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon Şəki Ensiklopediyasında altı yeni yaxşı məqalənin generasiyası üçündür; altı yeni yaxşı məqalənin xülasənin Ana səhifədə avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓


Teymur Rüstəmov.

Teymur Rüstəmov (Rüstəmov Teymur Aslan oğlu; d.  17 noyabr 1960-cı il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı tanınmış heykəltaraş, Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsinin müəlliflərindən biri.

Görkəmli heykəltəraş və medalyer Aslan Rüstəmovun oğlu, Azərbaycan Respublikasının xalq rəssamı Cahangir Rüstəmovun qardaşı oğlu, tanınmış heykəltəraş Mahmud Rüstəmovun qardaşı, tanınmış bloger, Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri Aytən Rüstəmovanın həyat yoldaşıdır...


Əliyar Əmircanov

Əliyar Əmircanov (Əmircanov Əliyar bəy Hacı bəy oğlu; d.  17 may 1897-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  + 1945, Zaparojye, Ukarayna SSR, SSRİ) — Berlin Ali Texniki Məktəbinin məzunu (1922 – 1927), Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunda avtomobil dizellərinin layihələndirilməsi üzrə mühəndis vəzifəsində işləyib (1932-ci ildən). 1935-ci ildə siyasi ittihamla həbs edilsə də ittiham sübuta yetirilmədiyi üçün həbsdən azad edilib və Leninqradda işinə davam edib; 1945-ci ildən sonra Zaporojyeyə ezamiyyətdə olarkən orada xəstələnib və vəfat edib, orada da dəfn edilib. 1922-ci ildə Berlində təhsil alarkən, Məhəmmədəmin Rəsulzadənin ona məktub yazdığı və onu etibarlı şəxs hesab etdiyi məlumdur. General-polkovnik Tofiq Ağahüseynovun dayısıdır...


Səlhab Məmmədov

Səlhab Məmmədov (Məmmədov Səlhab İsa oğlu; d.  1 aprel 1943-cü il, Nuxa, Azərbaycan SSR, SSRİ ) — Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektoru. Azərbaycanda, Rusiya Federasiyasının Moskva, Peterburq şəhərlərinda və başqa xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.

Oğlu Elxan Məmmədov AFFA-nın baş katibidir...


Çingiz Xəlifəzadə

Çingiz Xəlifəzadə (Xəlifəzadə Çingiz Müzəffər oğlu; d.  17 fevral 1931-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, sedimentologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti geoloji-kəşfiyyat fakültəsinin məsləhətçi-professoru, Rusiya Federasiyası Təbiət Elmləri Akademiyasının akademiki, Beynəlxalq Ekoenerji Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan SSR-in əməkdar geoloqu, Vyetnam Demokratik Respublikasının əməkdar neft sənayesi işçisi. Çökmə süxurların mineralogiyası, petroqrafiyası və geokimyası onun çalışdığı əsas elm sahələridir. 310 məqalə, 56 tezis, 3 dərslik, 8 monoqrafiya, 3 patentin müəllifidir...


Əbdüləli bəy Əmircanov

Əbdüləli bəy Əmircanov (Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu; d.  1870-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  15 may 1948-ci il, İstanbul, Türkiyə Respublikası) – azərbaycanlı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş, Azərbaycan Parlamentinin üzvü olmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklərin əlinə keçdikdən sonra Türkiyəyə - İstanbula gedib. 1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.

1948-ci ildə İstanbulda vəfat edib...


Müjkan Məmmədzadə

Müjkan Məmmədzadə (Məmmədzadə Müjkan Əbdüləli qızı; d.  8 avqust 1983-cü il, Bakı, Azərbaycan SSR, SSRİ) – 2020-ci ildən Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin üzvü və Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədri. 2018 – 2019-cu illərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsində, 2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində məsul vəzifələr tutub.

Başqırdıstan Dövlət Universitetinin “Türk filologiyası: Gənc alimlərin tədqiqatlarında müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi konfransın materiallarından ibarət jurnalın Azərbaycan üzrə redaksiya heyətinin üzvüdür...