"Əli Məsimli" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
 
Sətir 55: Sətir 55:
  
 
| doğum tarixi                = {{Doğum tarixi və yaşı|1953|1|3}}
 
| doğum tarixi                = {{Doğum tarixi və yaşı|1953|1|3}}
| doğum yeri                  = [[Nuxa]] (Şəki), {{AzSSR}}<br>{{SSRİ}}
+
| doğum yeri                  = [[Nuxa]] (Şəki), {{AzSSR}}, {{SSRİ}}
 
| ölüm tarixi                  =  
 
| ölüm tarixi                  =  
 
| vətəndaşlıq                  = {{SSRİ}}→{{AZE}}
 
| vətəndaşlıq                  = {{SSRİ}}→{{AZE}}

Səhifəsinin 08:49, 14 yanvar 2020 tarixinə olan son halı

Əli Məsimli
Əli Əhməd oğlu Məsimli
Əli Məsimli
bayraqAzərbaycan Respublikası Baş Naziri Əvəzibayraq
26 yanvar 1993 — 28 aprel 1993
Sələfi Rəhim Hüseynov
Xələfi Pənah Hüseynov
bayraqAzərbaycan Respublikası Baş Nazirinin I müavinibayraq
1992 — iyun 1993
bayraqAzərbaycan Respublikasının İqtisadiyyat Naziribayraq
1992 — iyun 1993
bayraqAzərbaycan Respublikası Milli Məclisinin deputatıbayraq
6 noyabr 2005 — vəzifədədir
bayraqXarici İnvestisiyalar Komitəsinin sədribayraq
 — sentyabr 1992
bayraqAzərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədribayraq
sentyabr 1992
 
Doğum tarixi: 3 yanvar 1953 (1953-01-03) (67 yaş)
Doğum yeri: Nuxa (Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı: Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
 

Əli Məsimli — (Məsimli Əli Əhməd oğlu; d.  3 yanvar 1953, Nuxa (Şəki), Azərbaycan SSR, SSRİ) Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi; baş nazir əvəzi (1993), baş nazirin birinci müavini (1992 – 1993), iqtisadiyyat naziri (1992 – 1993) və s. yüksək dövlət vəzifələrində çalışıb, I – VI çağırış Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd, III – V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2005 – 2019) olub.

Haqqında məlumatlar[redaktə]

1953-cü ildə Nuxa şəhərində anadan olub.

Təhsili və elmi fəaliyyəti[redaktə]

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirib. İxtisasca iqtisadçıdır, iqtisad üzrə fəlsəfə doktorudur. İqtisadiyyatın aktual problemlərinə dair 1300-dən artıq elmi-nəzəri araşdırmanın, o cümlədən, elmi-kütləvi çalışmaların, təhlillərin, məqalələrin, açıqlamaların, müsahibə, çıxış və şərhlərin müəllifi, 3 kitabın və 1 broşüranın həmmüəllifidir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç, Rusiya, Türkiyə, Ukrayna, Latviya, Litva və digər ölkələrdə nəşr olunub. Aktual iqtisadi problemlərə dair ABŞ, Yaponiya, Almaniya, İngiltərə, Avstriya, Belçika, Hollandiya, Türkiyə, Macarıstan, Malayziya, Bolqarıstan, Ukrayna, Latviya, Litva, Estoniya, Gürcüstan, Moldovada məruzə və çıxışlar edib.

Karyerası[redaktə]

1980 – 1991-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri vəzifələrində çalşıb.

1991 – 1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışıb.

1993 – 2005-ci illərdə isə “Müstəqil İqtisadçılar Birliyi” İctimai Təşkilatının prezidenti olub. 2010-cu ildən “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” ictimai birliyinin həmtəsisçisi və rəhbəridir.

Milli Məclisdə fəaliyyəti[redaktə]

III – V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olarkən həm bir sıra qanunların müəllifi kimi qanun yaradıcılığı, həm seçicilərin hüquqlarının müdafiəsi və həm də digər fəaliyyətinə görə ən fəal 10 deputatdan biri, Milli Məclisin V çağırış tərkibi üzrə isə 14 ən fəali deputatından biri hesab edilib. Qanunvericilik fəaliyyəti sahəsində əldə etdiyi nəticələrə görə “Uğur” Milli Mükafatına layiq görülüb. O cümlədən, GUAM Parlament Assambleyası ilə Baltik Assambleyası arasında münasibətlərin inkişaf etdirilməsi, qarşlıqlı səmərəli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində verdiyi töhfələrə görə Baltik Assambleyasının ali mükafatı olan medalla təltif edilib. Milli Məclisin Azərbaycan – Çin, Azərbaycan – Xorvatiya, Azərbaycan – İsveçrə, Azərbaycan – Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

“Sovet dövründən qalma əmanətlərin qaytarılmasına dair Təkliflər Paketi”, “Xarici valyutada olan kreditlərə görə güzəştlərin edilməsinə dair “Təkliflər Paketi”, “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayıb. Həmmüəllifi olduğu “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu” 2015-ci ildə Milli Məclis tərəfindən qəbul edilmişdir.

“Şəkinin 2011 – 2020-ci illər üzrə inkişaf proqramı”nın müəllifidir. Nazirlər Kabinetinin Milli Məclisdəki hesabatı və büdcə müzakirələri zamanı “Şəkinin 2011 – 2020-ci illər üzrə inkişaf proqramı”nda nəzərdə tutulan Şəkinin potensialından səmərəli istifadə edilməsi və onun regional mərkəzə çevrilməsinin aktual məsələlərini sistemləşdirərək təkliflər formasında qaldırmaqla yanaşı, həm də aidiyyəti orqanlara göndərmiş və əksər təkliflərinin reallaşdırılmasına nail ola bilmişdir.

Ailəsi[redaktə]

Evlidir, 2 övladı var.

İstifadə edilmiş mənbələr[redaktə]