Diqqət!
1 aprel 2010-ci il tarixdən Şəki Ensiklopediyası sheki.wiki domenində fəaliyyət göstərir; Bu link vasitəsi ilə Şəki Ensiklopediyasının əsas saydına keçə bilərsiniz.
Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Əsgər Xəlilov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Əsgər Xəlilov
Asger Xalilov.jpg
Əsgər Xəlilov

Doğum tarixi 4 may 1955 (1955-05-04) (64 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Rütbə general-leytenant
Vəzifəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı (2017 – 2020 )
İstefada 27 fevral 2020
Təltifləri Azərbaycan Bayrağı ordeni - lent (1993-2013).png Azərbaycan Respublikasının “Rəşadət” ordeni (1-ci dərəcə) - lent.jpg "Hərbi xidmətlərə görə" medalı "Vətən uğrunda" medalı Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png

Əsgər Sabir oğlu Xəlilov (d.  4 may 1955, Nuxa, Azərbaycan SSR, SSRI) – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sabiq müavini və sabiq Sərhəd Qoşunları komandanı (2017 – 2020), istefada olan general-leytenant.

Haqqında məlumatlar[redaktə]

1955-ci ildə Nuxa şəhərində anadan olub.

1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbi bitirib və Moskva şəhərindəki Ali Sərhədçilər Məktəbinə daxil olub.

1976-cı ildə Ali Sərhədçilər Məktəbində təhsilini tamamlayaraq Sərhəd Zastavasında xidmətə başlayıb.

1978 – 1980-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsilini artırmış, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirmişdir.

1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub və 1988 – 1992-ci illərdə həmin məntəqənin rəisi vəzifəsində çalışıb.

1992-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunları yarandıqdan sonra Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi kimi hərbçi fəaliyyətini davam etdirib; 2009-cu ilədək Sərhəd Qoşunlarında müxtəlif yüksək vəzifələr tutub.

2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub və general-mayor hərbi rütbəsi alıb.

2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanı olub. 2018-ci il avqustun 16-dan general-leytenant hərbi rütbəsi daşıyır.

27 fevral 2010-ci il tarixdə “Rəşadət” ordeni ilə təltif edilməklə yanaşı, hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Mükafatları[redaktə]

  1. “Hərbi xidmətlərə” medalı (2002);
  2. “Vətən uğrunda” medalı;
  3. “Azərbaycan Bayrağı” ordeni;
  4. “Hərbi xidmətlərdə fərqləndiyinə görə” III dərəcəli medal;
  5. III dərəcəli “Rəşadət ordeni” (2020).

İstifadə edilmiş mənbələr[redaktə]