Əsas menyunu aç

Aşağı Göynük

Aşağı GöynükAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Yaşayış məntəqəsi
Aşağı Göynük
Ölkə Azərbaycan
Region Şəki rayonu
Əhalisi 2791 nəfər
Poçt indeksi AZ5511[1]



Mündəricat

TarixiRedaktə

Aşağı Göynük Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Çəparx çayının hər iki sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Göynük (indiki Baş Göynük) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. "Aşağıda olan Göynük kəndi" deməkdir[2].

Kəndin tarixi 200 il bundan əvvəldən daha qədimdir. Məlumatlara gorə kəndin əsasını Baş Göynük kəndindən gələnlər qoymuşdur. Daha sonralar buraya başqa yerlərdən əhali gəlmiş və qaynayıb qarışmışdır. Kəndə ən son gələnlər isə 100 il bundan əvvəldən başlayaraq ləzgilər olmuşdur.

Coğrafiyası və iqlimiRedaktə

Rayon mərkəzindən 18 km şimal-qərbdə, Şəki-Zaqatala şose yolundan 2 km aralı, Alazan-Həftəran vadisindədir. İqlimi yayı rütubətli keçən mülayim-isti iqlimdir.

Kəndin içərisindən Çəparx çayı keçir.

ƏhalisiRedaktə

Əhalisi əsasən azərbaycanlı və ləzgilərdən ibarətdir. Kəndin əhalisi 2791 nəfər təşkil edir ki, onun da 1405 nəfəri kişi, 1386 nəfəri isə qadındır. .

İstinadlarRedaktə

İstinadlarRedaktə

  1. Azərpoçt. "İndekslər" (in az). www.azerpost.az. Archived from the original on 2016-04-19. http://archive.is/9GAmL. Retrieved 2016-04-19. 
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Şablon:Kənd-qaralama