Ana səhifə

Şəki Ensiklopediası səhifəsi
Jump to navigation Jump to search

Şəki Ensiklopediyası

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Məqalə sayı: 417

Yeni məqalələrdən nümunələr (6 məqalə, ixtiyari dəyişir)

Yeganə Axundova

Yeganə Axundova.

Yeganə Əsgər qızı Axundova — Azərbaycan pianoçusu, kompozitor və pedaqoq, Bakı Musiqi Akademiyasının xarici əlaqələr üzrə prorektoru (2005-ci ildən) və professoru (2009-cu ildən), Azərbaycan Respublikasının xalq artisti (2012). 1960-cı ildə Nuxa şəhərində anadan olub. 1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1984-cü ildən bu təhsil müəssisəsində işləyir. Həmçinin, 1985-cı ildə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında əmək təcrübəsi də əldə edib. Bir çox ölkələrdə (Almaniya, Yunanıstan, İtaliya, Norveç, Türkiyə, Fransa, Avstriya, Polşa, Böyük Britaniya, Rusiya, İspaniya, Macarıstan, Mərakeş, Ruminiya və s.) qastrollarda olub. Bakı Musiqi Akademiyasında 2003-cü ildən dosent, 2005-ci ildən xarici əlaqələr üzrə prorektor, 2009-cu ildən professordur.

Seçilmiş məqalələrdən nümunələr (6 məqalə, ixtiyari dəyişir)

Mövsüm Salamov

Mövsüm Salamov.

Mövsüm Əsgər oğlu Salamov – Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978), “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin ilk direktoru, şərqşünas, dosent. 1905-ci ildə Nuxada anadan olub. Atası dəmirçi idi. Molla məktəbində ilk təhsilini aldıqdan sonra 12 yaşından atasının emalatxanasında işləməyə başlayıb. 1920-ci ildə Nuxada yeni təşkil edilmiş gecə məktəbinə yazılır və 1922-ci ildə oradan Bakıya Fəhlə fakültəsinə – Rabfaka, oxumağa göndərilir. 1926-cı ildə Fəhlə fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olur. Tələbə ikən – 1929-cu ildə, Azərbaycanı tədqiq və təəbbö cəmiyyətinə işə götürülmüşdü. 1930-cu ildə universiteti bitirdikdən sonra təhsilini 1932-ci ilədək Azərbaycan Dövlət elmi Tədqiqat İnstitutunun aspiranturasında davam etdirib. 1934-cü ildə Azərbaycan Dövlət muzeyinə direktor təyin olunub və SSRİ xalqları kafedrası üzrə dosent elmi adı alıb...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nukha-1907-25.png


Yeni materiallar əsasında

Bilirsinizmi?

Perviz Abbasov
  • Tibb üzrə elmlər doktoru Pərviz Abbasov 28 mart 2020-ci il tarixdə Bakıda fəaliyyətə başlamış “Yeni Klinika”nın direktorudur. Bu tibb müəssisəsinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. “Yeni Klinika”nın direktoru Pərviz Abbasov 1981-ci ildə Şəkidə anadan olmuşdur və o, 2017 – 2020-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi idi.

Aydın Süleymanlı, Moskva 27 fevral 2020-ci il
  • 27 fevral 2020-ci il tarixdə yeniyetmə Azərbaycan şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub. O, 2019-cu ilin oktyabr ayında isə Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmışdır. Aydın Süleymanlı Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.

Asger Xalilov.jpg
  • 27 fevral 2010-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı general-leytenant Əsgər Xəlilov “Rəşadət” ordeni ilə təltif edilib və hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb. O, 4 may 1955-cu tarixdə Nuxada anadan olmuşdur.

Yusif Kərimli.jpg
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı Yusif Kərimlinin də adını çəkib.

Süleyman Süleymanlı
  • Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Süleyman Süleymanlı uğurlu nəticələrinə görə cəmi 9 yaşında FİDE Ustalığa namizədi normasını yerinə yetirmişdir. O, həm də məktəblilərin şahmat üzrə 2019-cu il Dünya çempionatının − U13 yaş kateqoriyası, oğlanlar arasında, − gümüş mükafatçısıdır.

Arzu Cəlilova
  • Bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova — Şəkidən çıxmış görkəmli alimlərdən biri, akademik Qurban Cəlilovun nəvəsidir.

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
  • XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır. 1960-cı ildə Albert Mustafayev Aslan Rüstəmov və Qorxmaz Sücaəddinov bu kompozisiyanın maketitini birlikdə işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim ediblər.


  • Pərvin Muradova-Dilbazi2.jpg
    Pərvin Muradova-Dilbazi – azərbaycanlı kompozitor, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi...
  • Sahib Əliyev2.jpg
    Sahib Əliyev (Sahib Məmməd oğlu Əliyev; d.  16 mart 1962, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı...
  • Bilal Məmmədov3.jpg
    Bilal Məmmədov (Bilal Məmməd oğlu Məmmədov; d.  2 aprel 1946, Nuxa, Azərbaycan SSR, SSRİ – ö.  27 oktyabr 2013, Şəki, Azərbaycan) — azərbaycanlı hərbçi, SSRİ və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki...
  • Məmmədemin Əsgərzadə.jpg
    Məmədəmin Əsgərzadə ( Əskərzadə Məmmədemin Əskər oğlu; d.  1919, Nuxa, Azərbaycan SSR, SSRİ – ö.  2009, Bakı, Azərbaycan Respublikası) — azərbaycanlı həkim, Böyük Vətən müharibəsi iştirakçısı, “Qırmızı Ulduz” ordeninin üc qat kavaleri, polkovnik-leytenant...
  • Tünzalə Məmmədzadə2.jpg
    'Tünzalə Məmmədzadə (Məmmədzadə Tünzalə Adışirin qızı; d.  3 may 1983, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki təkəlduz sənəti tarixinin tədqiqatçısı, Qurani-Kərimin bütün mətnini ipək parça üzərinə köçürmüş azərbaycanlı rəssam. VI çağırış Azərbaycan Respublikası Milli Məclis seçkilərində 113 saylı Şəki Şəhər Seçki Dairəsindən namizəd olmuş, lakin seçilməmişdir...
  • Ayten Qiyas-Rustamova.jpg
    Aytən Rustəmova ( d.  15 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bank işçisi, Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri; azərbaycanlı-qadın bloger, “Aytən Qiyas-Rustəmova” adı ilə fəaliyyət göstərir, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir...
Şəki Ensiklopediyasının ən yeni məqalələrindən 6 nümunə
  • Mövsüm Salamov.jpg
    Mövsüm Əsgər oğlu Salamov – Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978), “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin ilk direktoru, şərqşünas, dosent. 1905-ci ildə Nuxada anadan olub...
  • Albert Mustafayev 2019b.jpg
    Albert Mustafayev − görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi...
  • Round temple.JPG
    Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi...
  • Arzu Cəlilova.jpg
    Arzu Cəlilova – Azərbaycan bədii gimnastı, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı...
  • Aslan Rüstəmov.jpg
    Aslan Rüstəmov — görkəmli azərbaycanlı heykəltəraş və ilk azərbaycanlı medalyer, bir çox monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, Moskva və Leninqrad Zərbxanalarında tökülmüş 24 ədəd xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifi...
  • Şəki xanları və xanzadələri.jpg
    Səlim xan — Şəki xanı (1795-1797, 1805-1806 ), hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün 1805-ci ildə xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da...
Şəki Ensiklopediyasının seçilmiş məqalələrindən 6 nümunə