"Ana səhifə" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Sətir 10: Sətir 10:

|Oxuculara =

|Oxuculara =

*[[{{str trim|{{Hazırkı seçilmiş məqalə|göstərmək = ad}} }}|Oxumaq]]

*[[{{str trim|{{Hazırkı seçilmiş məqalə|göstərmək = ad}} }}|Oxumaq]]
*[[Şəki Ensiklopediyası:Seçilmiş məqalələr|{{plural:{{Sayğac SM}}|{{Sayğac SM}} seçilmiş məqalə|Cəmi {{Sayğac SM}} seçilmiş məqalə var|Cəmi {{Sayğac SM}} seçilmiş məqalə var}}]]

*[[Şəki Ensiklopediyası:Seçilmiş məqalələr|{{plural:{{Sayğac SM}}|{{Sayğac SM}} seçilmiş məqalə|Cəmi {{Sayğac SM}} seçilmiş məqalə var|Cəmi {{Sayğac SM}} seçilmiş məqalə}}]]

|Redaktorlara =

|Redaktorlara =

*[[Şablon:Hazırkı seçilmiş məqalə|Şablona baxmaq]]

*[[Şablon:Hazırkı seçilmiş məqalə|Şablona baxmaq]]

23:43, 6 oktyabr 2019 versiyası

Şəki Ensiklopediyası

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

401 məqalə

Seçilmiş məqalə

Nuxa Üçmüqəddəs kilsəsi

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. 1851-ci ildən 1919-cu ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub. Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər. Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib.

Yaxşı məqalə

Firəngiz Əsgərzadə

Firəngiz Əsgərzadə

Firəngiz Saleh qızı Əsgərzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq əməkdaşı, neft sənayesi sahəsində böyük mühəndis və şöbə müdiri vəzifəsində çalışmış az sayda qadın kadrlardan biri, Şəki Regional Elmi Mərkəzin sabiq elmi işçisi, elmi-texniki və ədəbi ədəbiyyatın azərbaycancadan ruscaya, həmçinin ruscadan azərbaycancaya peşəkar tərcüməçisi.

1937-ci ildə Bakıda pedaqoq ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirib. 1963-cü ildən Xəzər Dəniz Neft İstehsalat Birliyində mühəndis, 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində böyük mühəndis (1992-1993-cü illərdə şöbə müdiri) işləyib. 2004-cü ildə başqa ölkəyə yaşamağa getməsi ilə əlaqədar öz xahişi işdən çıxmışdır.

Altı il Kanadada – orada yaşamaqda olan oğlunun yanında yaşayarkən, ədəbi yaradıcılıqla – tərcümə işi ilə məşğul olub. İlk öncə ABŞ-da yaşayan keçmiş iş yoldaşı E.B.Karaşın Sovet Azərbaycanının neft sənayesinə aid roman və povestlərini ruscadan azərbaycancaya çevirib. Sonra Hüseynqulu Sarabskinin “Köhnə Bakı” povestini azərbaycancadan ruscaya tərcümə edib. 2011-ci ildə Kanadadan Bakıya dönür, bir il sonra – 2012-ci ildə isə ata-baba yurdu olan Şəkiyə köçür. Şəkidə yaşayarkən, Şəki Regional Elmi Mərkəzi ilə elmi əməkdaşlıq edir. Onun peşəkar tərcümə işləri Şəki Regional Elmi Mərkəzi rəhbərliyinin diqqətindən kənarda qalmır, nəticədə Elmi Mərkəzə işə götürülür və 2015-2016-cı illərdə burada elmi fəaliyyətlə, o cümlədən, elmi-texniki, həmçinin bədii ədəbiyyatın tərcüməsi işi ilə məşğul olur.

Yeni materiallardan

Bilirsinizmi?

Aydın Süleymanlı 2017-ci ildə
• Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında (oktyabr, 2019) 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmış Aydın Süleymanlı — Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.

Arzu Cəlilova
• Bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova — Şəkidən çıxmış görkəmli alimlərdən biri, akademik Qurban Cəlilovun nəvəsidir.

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
• XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır.

Şəkinin tarixi şəkillərindən biri (gündəlik dəyişir)

Nukha-1907-4.png