Əsas menyunu aç

Şəki Ensiklopediyası

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

427 məqalə (ən yeniləri)

  • .
  • .
  • .
Yeni məqalələrdən nümunələr (6 dənə, ixtiyari dəyişir)

Ramil Babazadə

Ramil Babazadə

Ramil Babazadə – Cənubi Koreyanın KAİST Universitetində kimya ixtisası üzrə təhsil alan azərbaycanlı tələbə. Orta məktəb şagirdi olarkən — 2016 – 2018-ci illərdə, beynəlxalq fənn olimpiyadalarında 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmış, həmçinin, 2017-2018-ci illərdə Respublika Fənn Olimpiadasının qalibi olmuşdu. 2001-ci ildə Şəkidə anadan olub. Üç yaşı olarkən ailəsi Bakıya köçüb. Beynəlxalq fənn olimiyadalarında sonrakı uğurları ona təhsilini dünyanın istənilən aparıcı təhsil müəssisələrindən birində və təqaüdlə davam etdirmək imkanı yaradırdı. Ramil Babazadə Cənubi Koreyanın KAİST Universitetini seçmiş, 2018-ci ildən həmin universitetdə təhsil almağa başlamışdır.

Seçilmiş məqalələrdən nümunələr (6 dənə, ixtiyari dəyişir)

Arzu Cəlilova

Arzu Cəlilova.

Arzu Cəlilova – Azərbaycan bədii gimnastı, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı. Həmçinin, bədii gimnastika üzrə bir çox yerli, yaxud beynəlxalq əhəmiyyətli turnirlərin də mükafatçısıdır. 2004-cü ildə Bakıda anadan olub. Hər iki valideyni neft mühəndisi idi. Lakin Arzu Cəlilovanın anadan olmasından əvvəl atası Natiq Cəlilov avtomobil qəzasında dünyasını dəyişmişdi. Natiq Cəlilov Şəkidən çıxmış görkəmli alimlərdən biri − Akademik Qurban Cəlilovun oğlu idi. Arzu Cəlilova 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi” İdman Klubunun bədii gimnastika seksiyasına yazdırıb. Amma anasının işi çox olduğundan onu məşqlərə ana babası Eyvaz Hüseynov və ana nənəsi Rübabə Hüseynova aparıb-gətirdi. 8 yaşından şəhər, respublika və beynəlxalq miqyaslı yarışlarda çıxış etməyə başlayıb...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nukha-1907-19.png


Yeni materiallardan

Bilirsinizmi?

Perviz Abbasov
  • Tibb üzrə elmlər doktoru Pərviz Abbasov 28 mart 2020-ci il tarixdə Bakıda fəaliyyətə başlamış “Yeni Klinika”nın direktorudur. Bu tibb müəssisəsinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. “Yeni Klinika”nın direktoru Pərviz Abbasov 1981-ci ildə Şəkidə anadan olmuşdur və 2017 – 2020-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi idi.

Aydın Süleymanlı, Moskva 27 fevral 2020-ci il
  • 27 fevral 2020-ci il tarixdə yeniyetmə Azərbaycan şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub. O, 2019-cu ilin oktyabr ayında isə Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmışdır. Aydın Süleymanlı Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.

Asger Xalilov.jpg
  • 27 fevral 2010-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı general-leytenant Əsgər Xəlilov “Rəşadət” ordeni ilə təltif edilib və hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb. O, 4 may 1955-cu tarixdə Nuxada anadan olmuşdur.

Yusif Kərimli.jpg
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı Yusif Kərimlinin də adını çəkib.

Süleyman Süleymanlı
  • Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Süleyman Süleymanlı uğurlu nəticələrinə görə cəmi 9 yaşında FİDE Ustalığa namizədi normasını yerinə yetirmişdir. O, həm də məktəblilərin şahmat üzrə 2019-cu il Dünya çempionatının − U13 yaş kateqoriyası, oğlanlar arasında, − gümüş mükafatçısıdır.

Arzu Cəlilova
  • Bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova — Şəkidən çıxmış görkəmli alimlərdən biri, akademik Qurban Cəlilovun nəvəsidir.

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
  • XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır. 1960-cı ildə Albert Mustafayev Aslan Rüstəmov və Qorxmaz Sücaəddinov bu kompozisiyanın maketitini birlikdə işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim ediblər.