Ana səhifə

Şəki Ensiklopediyası saytından
Tofiq Kərimli (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:20, 7 oktyabr 2019 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Şəki Ensiklopediyası

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

397 məqalə

  • .
  • .
  • .
Seçilmiş məqalə

Nuxa Üçmüqəddəs kilsəsi

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi və hal-hazırda da sağlam vəziyyətdə orada durur; ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır və içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.

1851-ci ildən 1919-cu ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub.

Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər.

Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib.


Şəkinin tarixi şəkillərindən biri (gündəlik dəyişir)

Nukha-1907-2.png


Yaxşı məqalə

7 Şəki nağılı

1-ci səhifə

7 Şəki nağılı 1905-c ildə – “Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu”nda (rus.: Сборник материалов для описания местностей и племен Кавказа) (35-ci cild) rusca dərc edilib. Nağılları Nuxa rus – sünni-tatar məktəbinin müəllimi S. Abdurrəhman toplamışdı.

2010-cu ildə Aydın Məmmədov həmin nağılları ruscadan azərbaycancaya tərcümə edərək özünün “Şəkinin səsi” qəzetində və “Şəki tarixi” saytında dərc edib.

2013-cü ildə “Azadlıq” radiosu Aydın Məmmədovun tərcüməsi əsasında nağıllardan dördünün audio-yazısını hazırlayıb.

Nağılların həm rusca və həm də azərbaycaya tərcüməsinin mətnləri, o cümlədən, nağıllardan dördünün 2013-cü ildə “Azadlıq” radiosu tərəfindən hazırlanmış audio-yazısı 2019-cu ilin 11 sentyabrından Şəki Ensiklopediyasında da yerləşdirilib.

Yeni materiallardan

Bilirsinizmi?

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
  • XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır.