Ana səhifə

Şəki Ensiklopediyası saytından
Tofiq Kərimli (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:34, 5 fevral 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Şəki Ensiklopediyası

444 məqalə (ən yeniləri)

  • .
  • .
  • .
Yeni məqalələrdən bir nümunə

Zivər İsrafilzadə

Zivər İsrafilzadə

Zivər İsrafilzadə ( d.  24 avqust 1997, Şəki, Azərbaycan) — Kiyev şəhər administrasiyasında daxili audit şöbəsinin müdiri. 1997-ci ildə Şəkidə anadan olub. 2004-cü ildə Kiyev şəhərindəki 46 №-li məktəbin 1-ci sinfinə gedib. 2015-ci ildə Kiyev Ali Polis Akademiyasının hüquq fakültəsinə qəbul olunub. 2019-cu ildə bakalavr dərəcəsinə yiyələnib və təhsilini Akademiyanin hüquq fakültəsinin magistraturasında qiyabi yolla davam etdirməyə başlayıb. Akademiyada təhsil zamanı Kiyev şəhər merıyasinda və Ukrayna Parlamentinin hüquq mühafizə orqanlarina nəzarət komitəsində iş təcrübəsi əldə edib. 2019-cu ilin iyul ayında – 21 yaşında, Kiyev şəhərinin mərkəzi rayonu olan Peçersk rayon administrasiyasinda Hüquq mühafizə orqanlarına nəzarət və korrupsiyaya qarşı mübarizə şöbəsində müdir müavini, iki ay sonra isə şəhər administrasiyanin daxili audit şöbəsini müdiri vəzifəsinə təyin edilib.

Yeni məqalələrdən bir nümunə

Aytən Rustəmova

Aytən Rustəmova

Aytən Rustəmova ( d.  15 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bank işçisi, Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri; azərbaycanlı-qadın bloger, “Aytən Qiyas-Rustəmova” adı ilə fəaliyyət göstərir, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir.

Seçilmiş məqalələrdən bir nümunə

Nuxa Üçmüqəddəs kilsəsi

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. 1851-ci ildən 1919-cu ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub. Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər. Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib.

Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nukha-1907-5.png


Yeni materiallardan

Bilirsinizmi?

Yusif Kərimli.jpg
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı Yusif Kərimlinin də adını çəkib.

Süleyman Süleymanlı
  • Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Süleyman Süleymanlı uğurlu nəticələrinə görə cəmi 9 yaşında FİDE Ustalığa namizədi normasını yerinə yetirmişdir. O, həm də məktəblilərin şahmat üzrə 2019-cu il Dünya çempionatının − U13 yaş kateqoriyası, oğlanlar arasında, − gümüş mükafatçısıdır.

Bələdiyyə seçkiləri (2019).jpg

Aydın Süleymanlı 2017-ci ildə
  • Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında (oktyabr, 2019) 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmış Aydın Süleymanlı — Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.

Arzu Cəlilova
  • Bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova — Şəkidən çıxmış görkəmli alimlərdən biri, akademik Qurban Cəlilovun nəvəsidir.

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
  • XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır.


Yaxşı məqalələrdən nümunələr (6 dənə, avtomatik dəyişilir)

Rena Çiftçi

Rena Çiftçi

Rena Çiftçi (az.: Rəna Şakir qızı Mustafayeva‎) — azərbaycanlı Türkiyə alimi, Egey Universiteti (İzmir, Türkiyə), Dəqiq elmlər fakültəsi, Fizika bölməsi, Nüvə fizikası kafedrasının müdiri, fizika elmləri doktoru, dosent.

1975-ci ildə Şəki şəhərində anadan olub. Orta təhsilini 1982-1992-cı illərdə Şəki şəhərindəki 2 saylı məktəbdə, bakalavr təhsilini isə 1993-1997-ci illərdə Ankara Universitetinin Dəqiq elmlər fakültəsində (fizika bölməsi) alıb. Ankara Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında 1997-2000-ci illərdə magistraturanı, 2001-2006-cı illərdə isə doktoranturanı oxuyub. Türkiyənin və dünyanın sayılan nüvə fiziklərindən hesab olunur. Azərbaycan və türk dilləri ilə yanaşı rus və ingilis dillərini də mükəmməl bilir.


  • Tünzalələ Məmmədzadə.jpg
    Tünzalə Məmmədzadə (Məmmədzadə Tünzalə Adışirin qızı; d.  3 may 1983, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki təkəlduz sənəti tarixinin tədqiqatçısı, Qurani-Kərimin bütün mətnini ipək parça üzərinə köçürmüş azərbaycanlı rəssam, VI çağırış Azərbaycan Respublikası Milli Məclis seçkilərində 113 saylı Şəki Şəhər Seçki Dairəsindən namizəd.
  • Yusif Kərimli.jpg
    Yusif Kərimli (d.  12 iyun 2011, Şəki, Azərbaycan) — yeniyetmə Azərbaycan şahmatçısı, 2019-cu il şahmat üzrə yeniyetmələrin şəxsi Avropa birinciliyinin – U08 yaş kateqoriyası, oğlanlar arasında, – bürünc medalçısı, məktəblilərin Avropa çempionatının – U09 yaş kateqoriyası, oğlanlar arasında, – qalibi.
  • Asger Xalilov.jpg
    Əsgər Sabir oğlu Xəlilov (d.  4 may 1955, Nuxa, Azərbaycan SSR, SSRI) – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı, general-leytenant.
  • Nuray Israfilova.jpg
    Nuray İsrafilova (İsrafilova Nuray Bayram qızı; d. 20 fevral 2011, Kursk, Rusiya Federasiyası) — Rusiya Federasiyasında idmanın bədii gimnastika növü üzrə ikinci dərəcəli Lauriat diplomuna layiq görülmüş azərbaycanlı qız.
  • Zivər İsrafilzadə.jpg
    Zivər İsrafilzadə — (İsrafilzadə Zivər Vidadi qızı; d. 24 avqust 1997, Şəki, Azərbaycan) — Kiyev şəhər administrasiyasında daxili audit şöbəsini mudiri.
Şəki Ensiklopediyasının ən yeni məqalələrindən seçmələr