"Aslan Rüstəmov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
(Hazırladığı medalların fotoşəkilləri)
Sətir 77: Sətir 77:
 
<center><gallery mode=packed heights= "150px" widths= "150px" >
 
<center><gallery mode=packed heights= "150px" widths= "150px" >
  
Şəkil:Medal - Müslüm Maqomayevin 80 illiyi.jpg| «Müslüm Maqomayevin 80 illiyi» xatirə medalı ( müəllif: Aslan Rüstəmov, Əhməd Salikov; il: 1965; diametr: 61 mm; tiraj: 500; Leninqrad Zərbxanası)
+
Şəkil:Medal - Müslüm Maqomayevin 80 illiyi.jpg| «Müslüm Maqomayevin 80 illiyi» xatirə medalı ( müəllif: ''Aslan Rüstəmov, Əhməd Salikov;'' il: 1965; diametr: 61 mm; tiraj: 500; Leninqrad Zərbxanası)
Şəkil:Medal - Cəlil Məmmədquluzadə.jpg|«Cəlil Məmmədquluzadənin 100 illiyi» xatirə medalı ( müəllif: Aslan Rüstəmov; il: 1966; diametr: 60 mm; tiraj: 500; Leninqrad Zərbxanası).
+
Şəkil:Medal - Cəlil Məmmədquluzadə.jpg|«Cəlil Məmmədquluzadənin 100 illiyi» xatirə medalı ( müəllif: ''Aslan Rüstəmov''; il: 1966; diametr: 60 mm; tiraj: 500; Leninqrad Zərbxanası).
Şəkil:Medal - Nəsiminin anadan olmasının 600 illiyi.jpg |«Nəsiminin anadan olmasının 600 illiyi» xatirə medalı ( müəllif: Aslan Rüstəmov; il: 1973; diametr: 57X61 mm; tiraj: 1930; Leninqrad Zərbxanası).
+
Şəkil:Medal - Nəsiminin anadan olmasının 600 illiyi.jpg |«Nəsiminin anadan olmasının 600 illiyi» xatirə medalı ( müəllif: ''Aslan Rüstəmov''; il: 1973; diametr: 57X61 mm; tiraj: 1930; Leninqrad Zərbxanası).
  
Şəkil:Medal - M.F.Axundovun 175 illiyi.jpg| «M.F.Axundovun 175 illiyi» xatirə medalı ( müəllif: Aslan Rüstəmov; il: 1987; diametr: 60 mm; tiraj: 250; Moskva Zərbxanası).  
+
Şəkil:Medal - M.F.Axundovun 175 illiyi.jpg| «M.F.Axundovun 175 illiyi» xatirə medalı ( müəllif: ''Aslan Rüstəmov''; il: 1987; diametr: 60 mm; tiraj: 250; Moskva Zərbxanası).  
Şəkil:Medal - N.Nərimanov adına Azərbaycan Tibb İnstititunun 50 illiyi.jpg|«N.Nərimanov adına Azərbaycan Tibb İnstititunun 50 illiyi» xatirə medalı ( müəllif: Aslan Rüstəmov; il: 1980; diametr: 55 mm; tiraj: 500; Leninqrad Zərbxanası).
+
Şəkil:Medal - N.Nərimanov adına Azərbaycan Tibb İnstititunun 50 illiyi.jpg|«N.Nərimanov adına Azərbaycan Tibb İnstititunun 50 illiyi» xatirə medalı ( müəllif: ''Aslan Rüstəmov''; il: 1980; diametr: 55 mm; tiraj: 500; Leninqrad Zərbxanası).
Şəkil:Medal - Mikayıl Müşviq.jpg|«Mikayıl Müşviq» xatirə medalı ( müəllif: Aslan Rüstəmov; il: 1990; diametr: 60 mm; tiraj: 500; Moskva Zərbxanası).
+
Şəkil:Medal - Mikayıl Müşviq.jpg|«Mikayıl Müşviq» xatirə medalı ( müəllif: ''Aslan Rüstəmov''; il: 1990; diametr: 60 mm; tiraj: 500; Moskva Zərbxanası).
Şəkil: Medal - Fikrət Əmirov.jpg|«Fikrət Əmirov» xatirə medalı ( müəllif: Aslan Rüstəmov; il: 1990; diametr: 60 mm; tiraj: 500; Moskva Zərbxanası).
+
Şəkil: Medal - Fikrət Əmirov.jpg|«Fikrət Əmirov» xatirə medalı ( müəllif: ''Aslan Rüstəmov''; il: 1990; diametr: 60 mm; tiraj: 500; Moskva Zərbxanası).
Şəkil: Medal - Mərkəzi V.İ.Lenin muzeyinin Bakı filialı.jpg|«Mərkəzi V.İ.Lenin muzeyinin Bakı filialı» xatirə medalı ( müəllif: Aslan Rüstəmov, Titov German; il: 1990; diametr: 60 mm; tiraj: 500).
+
Şəkil: Medal - Mərkəzi V.İ.Lenin muzeyinin Bakı filialı.jpg|«Mərkəzi V.İ.Lenin muzeyinin Bakı filialı» xatirə medalı ( müəllif: ''Aslan Rüstəmov'', Titov German; il: 1990; diametr: 60 mm; tiraj: 500).
Şəkil:Medal - M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı.jpg|«M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı» xatirə medalı ( müəllif: Aslan Rüstəmov, Mahmud Rüstəmov; il: 1991; diametr: 60 mm; tiraj: 500; Moskva Zərbxanası; Leninqrad Zərbxanası).
+
Şəkil:Medal - M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı.jpg|«M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı» xatirə medalı ( müəllif: ''Aslan Rüstəmov, Mahmud Rüstəmov;'' il: 1991; diametr: 60 mm; tiraj: 500; Moskva Zərbxanası; Leninqrad Zərbxanası).
 
</gallery></center>
 
</gallery></center>
  

02:14, 28 avqust 2019 versiyası

Aslan Rüstəmov
Rüstəmov Aslan Mahmud oğlu
Aslan Rüstəmov Aslan Rüstəmov
Doğum tarixi 23 sentyabr 1932 (1932-09-23) (87 yaş)
Doğum yeri Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Bakı
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq məktəbi (1948 – ); Moskva Ali Rəssamlıq-Sənaye Məktəbi (keçmiş Stroqanovski) (1953 – 1960)

Aslan Rüstəmov — görkəmli azərbaycanlı heykəltəraş və ilk azərbaycanlı medalyer, bir çox monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, Moskva və Leninqrad Zərbxanalarında tökülmüş 24 ədəd xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifi.

Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biridir.

Azərbaycan Xalq rəssamı Cahangir Rüstəmovun qardaşı, tanınmış heykəltəraşlar – MahmudTeymur Rüstəmovların isə atasıdır.

Həyatı

1932-ci ildə Bakıda anadan olub. Valideynləri cəmi bir neçə il idi ki Nuxadan Bakıya köçmüşdülər.

Orta məktəbi bitirdikdən sonra əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində (1948 – ), sonra isə Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində (1953 – 1960) təhsil alıb.

1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019-cu ilədək iki fərdi yaradıcılıq sərgisi keçirilib.

Yaradıcılığı

Heykəltəraşlıq işləri

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi

Bəhram Gurun heykəli (Bakı)
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifləri − Aslan Rüstəmov və Albert Mustafayev (Şəki, 2014)

Aslan Rüstəmov hələ 1960-cı ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alarkən, həmin vaxt SSRİ Rəssamlıq Akademiyası nəzdində Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyan Albert Mustafayev və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücaəddinovla birlikdə “Bəhram Gur əjdahanı öldürür” adlı bir fontan-kompozisiyası hazırlayıb Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etmişdilər. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənmiş, onu bürüncdən tökdürərək Bakının ən görməli yerlərindən birində ucaltdırmışdır.

Digər heykəltəraşlıq işləri

  • Şamaxıda Seyid Əzim Şirvaninin mərmərdən yonulmuş qəbirüstü abidəsi;
  • Rusiyanın Ulyanovsk şəhərində Nəriman Nərimanovun qırmızı mərmərdən heykəli;

Oğlu Mahmud və Teymur Rüstəmovlar ilə birlikdə

  • Bakıda: Ukrayna dairəsində Heydər Əliyevin heykəli, Xocalı faciəsini təcəssüm etdirən “Ana harayı” abidəsi, Vasif Adıgözəlovun heykəli;
  • Şəkidə: Sabit Rəhmanın büstü, Rəşid bəy Əfəndiyevin ev muzeyində Rəşid bəy Əfəndiyevin büstü.

Digər heykəltəraşlıq işlərinin fotoşəkilləri

Medalyer fəaliyyəti

1958-ci ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alarkən, əvvəlcə Məhəmməd Füzuliyə həsr olunmuş medal üzərində işləyib. Onun Leninqrad Zərbxanasında tuncdan tökülmüş ilk işi Əhməd Salikovla birgə 1965-ci ildə hazırladığı Müslim Maqomayevin 80 illiyinə həsr olunmuş xatirə medalıdır. 1977-ci ildə Budapeştdə keçirilən Ümumdünya medalyer sərgisində Əcəmi Naxçıvaniyə həsr olunmuş medalı nümayiş etdirilmiş və beynəlxalq kataloqa salınmışdır. 1979-cu ildə Macarıstanın Neyhauzel şəhərində keçirilən simpoziumda isə hazırladığı on medal sərgidə nümayiş etdirilmişdir. Bu medallardan ikisi həmin şəhərin muzeyi tərəfindən, “Nizami” medalı isə Moskva Dövlət Tarix Muzeyi tərəfindən satın alınmış və həmişəlik olaraq həmin müzeylərin daimi ekspozisiyaya daxil edilmişdir.

Hazırladığı medalların fotoşəkilləri

İstifadə edilmiş əsas mənbə