Aslan Rüstəmov

Şəki Ensiklopediyası saytından
91.242.20.34 (Müzakirə) tərəfindən edilmiş 00:04, 28 avqust 2019 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aslan Rüstəmov
Rüstəmov Aslan Mahmud oğlu
Aslan Rüstəmov Aslan Rüstəmov
Doğum tarixi 23 sentyabr 1932 (1932-09-23) (87 yaş)
Doğum yeri Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Bakı
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq məktəbi (1948 – ); Moskva Ali Rəssamlıq-Sənaye Məktəbi (keçmiş Stroqanovski) (1953 – 1960)

Aslan Rüstəmov — görkəmli azərbaycanlı heykəltəraş və medalyer, bir çox monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin müəllifi, ilk azərbaycanlı medalyer sənətkardır. Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biri. Azərbaycan Xalq rəssamı Cahangir Rüstəmovun qardaşı, tanınmış heykəltəraşlar – MahmudTeymur Rüstəmovların isə atasıdır.

Həyatı

1932-ci ildə Bakıda anadan olub. Valideynləri cəmi bir neçə il idi ki Nuxadan Bakıya köçmüşdülər.

Orta məktəbi bitirdikdən sonra əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində (1948 – ), sonra isə Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində (1953 – 1960) təhsil alıb.

1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019-cu ilədək iki fərdi yaradıcılıq sərgisi keçirilib.

Yaradıcılığı

Medalyer fəaliyyəti

1958-ci ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alarkən, əvvəlcə Məhəmməd Füzuliyə həsr olunmuş medal üzərində işləmiş, daha sonra bir çox medal layihələrini kurs işi kimi təqdim etmişdir. Onun Leninqrad Zərbxanasında tuncdan tökülmüş ilk işi sənət dostu Əhməd Salikovla birgə 1966-cı ildə işlədiyi Cəlil Məmmədquluzadənin 100 illiyinə və Müslim Maqomayevin 80 illiyinə həsr olunmuş xatirə medallarıdır.

Heykəltəraşlıq işləri

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi

Bəhram Gurun heykəli (Bakı)
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifləri − Aslan Rüstəmov və Albert Mustafayev (Şəki, 2014)

Aslan Rüstəmov hələ 1960-cı ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alarkən, həmin vaxt SSRİ Rəssamlıq Akademiyası nəzdində Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyan Albert Mustafayev və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücaəddinovla birlikdə “Bəhram Gur əjdahanı öldürür” adlı bir fontan-kompozisiyası hazırlayıb Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etmişdilər. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənmiş, onu bürüncdən tökdürərək Bakının ən görməli yerlərindən birində ucaltdırmışdır.

Digər heykəltəraşlıq işləri

  • Şamaxıda Seyid Əzim Şirvaninin mərmərdən yonulmuş qəbirüstü abidəsi;
  • Rusiyanın Ulyanovsk şəhərində Nəriman Nərimanovun qırmızı mərmərdən heykəli;

Oğlu Mahmud və Teymur Rüstəmovlar ilə birlikdə

  • Bakıda: Ukrayna dairəsində Heydər Əliyevin heykəli, Xocalı faciəsini təcəssüm etdirən “Ana harayı” abidəsi, Vasif Adıgözəlovun heykəli;
  • Şəkidə: Sabit Rəhmanın büstü, Rəşid bəy Əfəndiyevin ev muzeyində Rəşid bəy Əfəndiyevin büstü.

Digər heykəltəraşlıq işlərinin fotoşəkilləri

İstifadə edilmiş əsas mənbə