Diqqət!
1 aprel 2010-ci il tarixdən Şəki Ensiklopediyası sheki.wiki domenində fəaliyyət göstərir; Bu link vasitəsi ilə Şəki Ensiklopediyasının əsas saydına keçə bilərsiniz.

Aydın Məmmədov (jurnalist)

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Aydın Məmmədov
Aydın Salis oğlu Məmmədov
Aydın Məmmədov
Aydın Məmmədov, 2018

Doğum tarixi 28 fevral 1967 (1967-02-28) (53 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Uşaqları Səkinə Məmmədova, Cavidan Məmmədov
Atası Salis Məmmədov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Peşələri jurnalist, tarixçi
Milliyyəti azərbaycanlı
İxtisası Muzey işi və tarixi abidələrin mühafizəsi
Təhsili ADMİU

Aydın Məmmədov (Aydın Salis oğlu Məmmədov; d.  28 fevral 1967, Nuxa, Azərbaycan SSR, SSRİ) — “Şəkinin səsi” qəzetinin həmtəsisçisi və baş redaktoru, “İpəkçi” qəzetinin, Şəki Ensiklopediyasının baş redaktoru, ictimai və iqtisadi, elmi-tarixi mövzularda bir çox xəbər və məqalələrin müəllifi.

Haqqında məlumatlar[redaktə]

Aydın Məmmədov İldırım Bəyazid Universitetində (Ankara) çıxışa hazırlaşarkən, 2015-ci il.

28 fevral 1967-ci il tarixdə Nuxa şəhərində ziyalı ailəsində[q 1] anadan olub.

1987-ci ildə hərbi xidmətini başa vurduqdan sonra orta ixtisas təhsilini tamamlamış və 1989-cu ildən Şəki İstehsal İpək Birliyinin idarəsində Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Həmin ildə “Şəki fəhləsi” qəzetində onun Şəkinin tarixinə aid ilk məqalələri dərc olunub.

1993-cü ildə atası Salis Məmmədovla birlikdə "Şəkinin səsi" qəzetini təsis edirlər və bu qəzetin redaktoru olur.

Sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Muzey işi və tarixi abidələrin mühafizəsi ixtisası üzrə ali təhsil alır.

2009-2012-ci illərdə “İpəkçi” qəzetinin ştat üzrə redaktoru, 2012-2015-ci illərdə “Mədəni İrsin Qorunmasına Dəstək” İB-ndə ştat üzrə mütəxəssis vəzifəsində çalışıb.

Xarici və respublika elmi nəşrlərində elmi-tarixi mövzularda məqalələri çap olunub;

Aydın Məmmədov, Kadırbek Kunıpiaoğlu, Düsen Kaseyinov və Baxıtjan Saterşinov; 2015-ci il, Ankara, Türksoyun iqamətgahı.

2015-ci ildə “Ankarada Çubuk ve Çevresi” Beynəlxalq simpoziumunda iştirak etmiş və Türkiyə aparıcı KİV-ində adı çəkilmişdir[1][2]. Eyni vaxtda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Ankaradakı iqamətgahında təşkilatın rəhbəri Düsen Kaseyinov tərəfindən qəbul edilmişdir[3].

Hazırladığı ictimai və iqtisadi mövzularda xəbər və məqalələr Azərbaycanın aparıcı KİV-ində dərc olunur[4], yaxud Azərbaycanın aparıcı KİV-ində onun məqalələrinə istinadlar olunur[5][6][7][8][9]. Aydın Məmmədovun farscadan tərcümələrinə, elmi-tarixi mövzuda məqalələrinə, fikirlərinə isə elmi nəşrlərdə və elmi məqalələrdə[10][11][12], jurnalist araşdırmalarında[13] istinadlar edilir. 2019-cu ildə Türkiyənin “Akademik Tarih ve Düşünce Dergisi”ndə dərc olunmuş Teymurilər dövləti tarixinə dair Türkiyədə həyata keçirilmiş araşdırmaların siyahısında Aydın Məmmədovun müəllifi olduğu “İbn-i Arabşah’ın Ankara Savaşı’ından Dönen Emir Timur’un “Gel-Gör-Git” Kalesini Kuşatması Hakkında Yazdıkları” başlıqlı məqaləsinin adı da adı da yer alıb[14].

Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları üzrə müdafiə mexanizmlərinin vasitəsi ilə “İnsan hüquqları monitorinqi, qiymətləndirilməsi və hesabat verilməsi” mövzusunda 12-13 noyabr 2018-ci il tarixdə keçirilmiş təlimdə uğurla iştirak etdiyi üçün Aydın Məmmədova verilmiş Sertifikat.

Azərbaycan aparıcı KİV-inin mədəniyyət proqramlarında iştirak etmişdir[15].

2009-1017-ci illərdə DMOZ Açıq Kataloğunun azərbaycan, tatar, özbək, türkmən, uyğur, qırğız, başqırd dillərindəki saytlar üçün bütün kateqoriyaların və ingiliscə “Azerbaijan” kateqoriyasının və s. kateqoriyaların redaktoru olub[16].

Heç bir siyasi partiyanın üzvü deyil. İnsan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti var, “İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatı” Təşəbbüs Qrupunun rəhbəridir. 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir. Bələdiyyə seçkiləri ərəfəsində 113 saylı Şəki Şəhər Seçki Dairəsindən 6-cı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyini irəli sürsə də, bələdiyyə seçkiləri ilə bağlı şikayətlərinə baxılmamasını əsas göstərərək namizədliyini irəli sürməyi dayandırmışdır.

Mükafatlandırılması[redaktə]

Şəki şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Şəki şəhər İcra hakimiyyətinin Fəxri Fərmanını Aydın Məmmədova təqdim edərkən, 13 iyun, 1918-ci il.
  • İpəkçi” qəzetinin 85, və “Şəkinin səsi” qəzetinin 25 illik yubileyləri münasibətilə media sahəsində səmərəli fəaliyyətinə görə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı (13 iyun 2018-ci il).

Ailəsi[redaktə]

Ailəlidir bir oğlu və bir qızı var.

Səkinə Məmmədova, sağdan birinci — Rusiya Federasiyasının Şimali Osetiya Respublikası, 23 noyabr 2019-cu il.

Qızı Səkinə Məmmədova idmanın müxtəlif növləri üzrə Bakı və Azərbaycan çempionatlarında dəfələrlə fərqlənmiş, Azərbaycan qadın milli kabaddi komandasının tərkibində Kabaddi üzrə Dünya Kuboku 2014-də iştirak etmiş, 2019-cu ilin 21-23 noyabr tarixləri arasında Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında keçmiş Avropa çempionu, beynəlxalq dərəcəli usta Yelkan Tedeyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 19-cu Ümumrusiya turnirində bürünc medal qazanmışdır[17].

Maraqlı[redaktə]

2014-cü ilin yanvarında Zaur Həsənovun intiharının səbəbkarlarının cəzalandırılması üçün Feysbuk sosial şəbəkəsində imzatoplama kompaniyası təşkil etmiş[18] və bu Azərbaycan aparıcı KİV-inin diqqətinə səbəb olmuşdur[19][20][21].

2016-cı il yanvarın sonunda baş nazirin müavininin iştirak etdiyi yığıncaqda çıxışı[22] da Azərbaycan aparıcı KİV-nin diqqətinə səbəb olmuşdur[23].

2016-cı ildə XII-XIII əsrlərə aid 134 ədəd Şirvanşahlar dövləti sikkəsini Azərbaycan Tarixi Muzeyinə təhvil vermişdir.

Fətəli xan Xoyskinin atabir bacısı Səltənət bəyimin qəbirinin Şəki xan qəbiristanlığında olduğunu və sonradan başdaşısının götürüldüyünü və Səltənət bəyimin anasının qəbri üzərində olmuş başdaşı hissəsini aşkar etmişdir[24].

Elmi nəşrlərdə dərc olunmuş məqalələri[redaktə]

Mənbələr[redaktə]

Həmçinin bax[redaktə]

Qeydlər[redaktə]

  1. Atası Salis Məmmədovİpəkçi” qəzetinin redaktoru idi, daha sonralar o, Azərbaycan respublikasının Əməkdar jurnalisti oldu. Babası Məmmədsani Məmmədov həmin vaxt “Bakinskiy raboçiy” qəzetinin bölgə müxbiri idi, daha əvvəllər isə “Şəki fəhləsi” qəzetinin redaktoru olmuşdu, əslən Şamaxıdan (Fəxri Xiyabanda bizdən də bir nəfər var, yaxud Salis Məmmədovun maraqlı əsli-nəcabəti haqqında məktub) idi. Anası Nuriyyə Hüseynova, Əlixan Hüseyn ağa oğlu Şəkixanovun qızı, İsmayıl ağa Kərim ağa oğlunun nəvəsi idi.

İstinadlar[redaktə]

  1. Milliyet.com.tr
  2. Hurriyet.com.tr
  3. Bir neçə gün Ankarada - Beynəlxalq Çubuk simpoziumunda (8-11 oktyabr, 2015)
  4. Kamran Nəbizadə niyə ipəyi satmaq yolunu seçdi? (astna.biz)
  5. Haqqin.az, ОАО «Шеки-Ипек» приостановило деятельность
  6. “Şəki-İpək” ASC fəaliyyətini dayandırdı
  7. Azadliq.org “Şəki-İpək” fəaliyyətini dayandırıb
  8. Qafqazinfo.az, Cahangir Hacıyevin 50 milyonluq əməliyyatı
  9. Azadliq.info. İntihar edən sahibkarın qanı batırıldı.
  10. Əli Şamil, Qafqazda Qaqauz izləri və bölgə xalqlarinin dini inanclarina dair bəzi mülahizələr
  11. Ləman Vaqifqızı. Şəki folklor mühiti. Səh.: 20. Bakı, 2012.
  12. Həsən bəy Rumlu. Əhsənüt təvarix. (ISBN 978-605-030-641-5 ) Səh.: 365, qeyd: 1540. Kastamonu – 2017.
  13. Nəsrəddin Şah və onun hərəmxanası
  14. “Akademik Tarih ve Düşünce Dergisi”, № 6 (1), səh. 160.
  15. "Azadlıq" radiosunun "İz" Mədəniyyət proqramında, aparıcısı Sevda İsmayıllı, Aydın Məmmədov, Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərargahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin www.almanach.be saytı redaksiyasının üzvü Pərvin Mirzəzadə ilə "mühacirətdə olan qəbirlər" mövzusunda diskussiyanın audio yazısı (10.12.2007):
  16. Editor profile.
  17. Sərbəst güləşçilər Səma Allahverdiyeva və Səkinə Məmmədova Rusiyadan medalla qayıtdılar (Turan İnformasiya Agentliyi)
  18. ipekchi.info, Zaur Həsənovun intiharı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət Prezident Administrasiyasına təqdim edildi.
  19. Azadlıq Radiosu, Arifə Kazımova, Prezidentə müraciət: “Zaur Həsənovun özünü yandırmasından təsirlənmisiz...”
  20. Haqqin.az, Народ требует наказать Саттара Мехбалыева
  21. Azadliq.info, İlham Əliyevə müraciət: Qazinin intiharına görə cinayət işi açılsın İlham Əliyevə müraciət: Qazinin intiharına görə cinayət işi açılsın
  22. Sheki.today, Abid Şərifov və Şəkidən seçilmiş deputatlar Şəkidə ictimaiyyətin nümayəndələri ilə görüşdülər
  23. Haqqin.az: Абид Шарифов поехал и потряс Шеки
  24. F. X. Xoyskinin bacısının baş daşı "Şəki Xan qəbristanlığından "yığışdırılmış"dır!

Xarici keçidlər[redaktə]

Vikianbarda Aydın Məmmədov (jurnalist) ilə əlaqəli mediafayllar var.