Əsas menyunu aç

Aydın Süleymanlı (d. 22 mart 2005, Bakı, Azərbaycan) — Azərbaycan şahmatçısı, Beynəlxalq Usta (BU) (2019)[1], 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionu, digər yaş qrupları üzrə daha əvvəlki illərdəki bir sıra beynəlxalq turnirlərin qalibi, yaxud mükafatçısı.

Chess tile kl-whitebg.svg
Aydın Süleymanlı
Aydın Elşən oğlu Süleymanlı
Aydın Süleymanlı 2017-ci ildə Aydın Süleymanlı 2017-ci ildə
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 22 mart 2005 (2005-03-22) (15 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Titulu Beynəlxalq usta (BU) (2019)
FİDE reytinqi 2426 (aprel 2020)

Şəkidən çıxmış alimin – vaxtilə, AMEA Fizika İnstitunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.

Haqqında məlumatlarRedaktə

Aydın Süleymanlı 22 mart 2005-ci il tarixdə Bakıda anadan olub. 5 yaşından şahmata maraq göstərib. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin istəyinə uyğun olaraq Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində gedib.

Şahmat karyerasıRedaktə

6 yaşından başlayaraq uşaq və yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında müxtəlif yaş kateqoriyaları üzrə Azərbaycanı təmsil edib[2].

2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub və FİDE Ustası (FU) adını alıb[3]. Həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub[2].

2014-cü ilin noyabrında şahmatın blits və rapid növü üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub[4][5].

2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa Çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb[6].

2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub[7].

2020-ci ilin fevral ayında Moskvada keçirilən “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub[8].

ValideynləriRedaktə

  • Atası Elşən Aydın oğlu Süleymanlı ali təhsilli iqtisadçıdır və “Veysəloğlu” firmasının meneceridir; atası Aydın Süleymanov fizika-riyaziyyat elmləri namizədir, vaxtilə, AMEA Fizika İnstitutunda baş elmi işçi – dosent vəzifəsində işləyib
  • Anası – Jalə Əliabbas qızı Süleymanlı, müəllimədir; atası Əliabbas Texniki Universitetin müəllimidir.

İstinadlarRedaktə

Xarici keçidlərRedaktə

İstifadə edilmiş mənbələrRedaktə