"Cavanşir Feyziyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
(Eyni istifadəçi tərəfindən edilmiş bir dəyişiklik göstərilmir)
Sətir 28: Sətir 28:
  
 
== Karyerası ==
 
== Karyerası ==
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru (1991 – 1992), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi (1992 – 1994), Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçisi inzibatçısı (sentyabr 1994 – may 1995), ABŞ-nın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri (may 1995 – oktyabr 1998) və “AvroMed” şirkətinin baş direktoru (oktyabr 2002 – noyabr 2010)<ref name=Q1 group=qeyd/> vəzifələrində çalışıb. 2004-cü ildən Şəkidə fəaliyyət göstərən «Tour-İnvest» şirkətinin təsisçisidir.
+
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru (1991 – 1992), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi (1992 – 1994), Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi inzibatçı (sentyabr 1994 – may 1995), ABŞ-nın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri (may 1995 – oktyabr 1998) və “AvroMed” şirkətinin baş direktoru (oktyabr 2002 – noyabr 2010)<ref name=Q1 group=qeyd/> vəzifələrində çalışıb. 2004-cü ildən Şəkidə fəaliyyət göstərən «Tour-İnvest» şirkətinin təsisçisidir.
  
 
=== Milli Məclisdə ===
 
=== Milli Məclisdə ===
Sətir 35: Sətir 35:
 
== İctimai aktivliyi ==
 
== İctimai aktivliyi ==
 
* 2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur.
 
* 2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur.
* “Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir.
+
* “Azərbaycan Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir.
 
* 2010-cu ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
 
* 2010-cu ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
 
* 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir.
 
* 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir.
* 2015-ci ildə Kolmar ( Fransa) şəhərinin Fəxri Səfiri elan olunmuşdur.
+
* 2015-ci ildə Kolmar (Fransa) şəhərinin Fəxri Səfiri elan olunmuşdur.
 
* 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
 
* 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
  
 
== Elmi fəaliyyəti ==
 
== Elmi fəaliyyəti ==
2004-2009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında «Etno–siyasi münaqişələrin mənəvi aspektləri» mövzusvunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
+
2004 2009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında «Etno–siyasi münaqişələrin mənəvi aspektləri» mövzusvunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
  
 
2010-cu ildən AMEA Fəlsəfə İnstitutunun doktorantıdır. “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı elmi işi siyasi elmlər üzrə elmlər doktoru dərəcəsi almaq üçün müdafiə ərəfəsindədir.
 
2010-cu ildən AMEA Fəlsəfə İnstitutunun doktorantıdır. “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı elmi işi siyasi elmlər üzrə elmlər doktoru dərəcəsi almaq üçün müdafiə ərəfəsindədir.

20:25, 13 yanvar 2020 versiyası

Cavanşir Feyziyev
Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Doğum tarixi 12 iyul 1963 (1963-07-12) (56 yaş)
Doğum yeri Böyük Dəhnə, Vartaşen rayonu
Atası Əyyub Bəşir oğlu Feyziyev
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Rəsmi saytı

Cavanşir Feyziyev (Feyziyev Cavanşir Əyyub oğlu; d.  12 iyul 1963, Böyük Dəhnə, Vartaşen rayonu) — 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən IV – VI çağırış Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd, IV – V çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü.

Haqqında məlumatlar

1963-cü ildə Vartaşen rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1970 – 1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977 – 1980-ci illərdə isə Orjonikidze (Turan) qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbdə oxuyub. 1983 – 1985 həqiqi hərbi xidmətdə olub. 1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil alıb.

Karyerası

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru (1991 – 1992), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi (1992 – 1994), Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı (sentyabr 1994 – may 1995), ABŞ-nın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri (may 1995 – oktyabr 1998) və “AvroMed” şirkətinin baş direktoru (oktyabr 2002 – noyabr 2010)[qeyd 1] vəzifələrində çalışıb. 2004-cü ildən Şəkidə fəaliyyət göstərən «Tour-İnvest» şirkətinin təsisçisidir.

Milli Məclisdə

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Mədəniyyət Komitəsinin, Azərbaycan Respublikasının Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya-Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qrupların, Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin, AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvü, Azərbaycan – Böyük Britaniya və Azərbaycan – Fransa parlamentlərarası işçi qruplarının rəhbəri, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri (yanvar 2017) olub.

İctimai aktivliyi

  • 2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur.
  • “Azərbaycan – Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir.
  • 2010-cu ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
  • 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir.
  • 2015-ci ildə Kolmar (Fransa) şəhərinin Fəxri Səfiri elan olunmuşdur.
  • 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Elmi fəaliyyəti

2004 – 2009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında «Etno–siyasi münaqişələrin mənəvi aspektləri» mövzusvunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2010-cu ildən AMEA Fəlsəfə İnstitutunun doktorantıdır. “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı elmi işi siyasi elmlər üzrə elmlər doktoru dərəcəsi almaq üçün müdafiə ərəfəsindədir.

2002-ci ildə «Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri» adlı kitabı ingilis dilində nəşr olunmuşdur.

2008-ci ildə «Sülh fəlsəfəsi» adlı elmi-publisistik kitabı çapdan çıxmışdır.

2013-cü ildə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı monoqrafiyası Azərbaycan dilində və sonrakı illərdə türk, qazax, qırğız, rus, boşnak və macar dillərində çap olunmuşdur.

2017-ci ildə Türk Dünyası adlı 5-cildlik toplu nəşr edilmişdir.

2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin “1915-ci il erməni faciəsi” adlı kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.

2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı romanını Azərbaycan dilinə tərcümə etmişdir.

2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin “Böyük Kör” romanını Azərbaycan dilinə tərcümə etmişdir.

2009 – 2019-cu illər arasında 60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur.

Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox məqalənin müəllifidir.

Azərbaycan, rus, türk, fransız və ingilis dillərini bilir.

Mükafatları

  1. “Şöhrət çələngi” – 2005-ci ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən təltif edilmişdir.
  2. “Qızıl qələm” – 2010-cu ildə təltif edilmişdir.
  3. “Uğur” Milli Mükafatı – 2010-cu ildə Regionların social-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə layiq görülüb.
  4. Beynəlxalq Türk Akademiyasının qızıl medalı – 2016-cı ildə təltif olunmuşdur.
  5. “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi” medalı – 2016-cı ildə Qazaxıstan Prezidentinin Fərmanı ilə təltif olunub.
  6. “Türk Dünyasının Şərəf medalı” – 2018-cı ildə təltif olunub.
  7. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin medalı – 2018-cı ildə təltif olunub.
  8. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı – 2019-cu ildə təltif olunub.
  9. “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı – 2019-cu ildə təltif olunub.

Qeydlər

  1. 2007 – 2016-cı illərdə “AvroMed” şirkətinin səhmdarı olub.

İstifadə edilmiş mənbələr

Xarici keçidlər

Vikianbarda Cavanşir Feyziyev ilə əlaqəli mediafayllar var.