Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Ehtibar Kərimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ehtibar Kərimov
Ehtibar Kərimov
Ehtibar Kərimov, 2013
Doğum tarixi 25 oktyabr 1964 (1964-10-25) (55 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Qax rayonu, Aşağı Şabalıd kəndi
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi tibb üzrə fəlsəfə doktoru
Təhsili Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu

Ehtibar Kərimov − azərbaycanlı həkim, tibb üzrə fəlsəfə doktoru, Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərindəki Alxarj xəstəxanasında daxili xəstəliklər şöbəsinin konsultantı.

Haqqında məlumatlar[redaktə]

1982-ci ildə Şəki Tibb məktəbinə daxil olmuş, lakin elə həmin il əsgəri xidmətə çağırılmışdır. 1982-1984-cü illərdə hərbi xidmət borcunu yerinə yetirdikdən sonra Şəki Tibb məktəbində təhsilini davam etdirmiş və 1987-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1988-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1994-cü ildə bu ali təhsil ocağının fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ildə Şəkidə, 1995 – 1997-ci illərdə Ukraynanın Dnepropetrovsk şəhərində, 2004 – 2009-cu illərdə isə 5 il Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində həkim işləyib.

2010-cu ildə Azərbaycan Dövlət tibb Universitetinin doktoranturasına daxil olub və 2013-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Əmək fəaliyyətini həkim kimi 2010-2019-cu illərdə Şəkidə davam etdirib. 2019-cu ilin sonlarından isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki Alxarj xəstəxanasında daxili xəstəliklər şöbəsinin konsultantı vəzifəsində işləyir.