"Ehtibar Kərimov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
(Səhifəni '{{Alim |Piktoqram = tibb |Adı = Ehtibar Kərimov |Orijinal adı = |Şəkil = Ehtibar Kərimov.jpg |Şək...' ilə yarat)
(Fərqli deyil)

21:08, 13 fevral 2020 versiyası

Ehtibar Kərimov
Ehtibar Kərimov
Doğum tarixi 25 oktyabr 1964 (1964-10-25) (55 yaş)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi tibb üzrə fəlsəfə doktoru
Təhsili Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu

Ehtibar Kərimov − azərbaycanlı həkim, tibb üzrə fəlsəfə doktoru, Səudiyyə Əribistanının paytaxtı ər-Riyad şəhərindəki Alxarj xəstəxanasında daxili xəstəliklər şöbəsinin konsultantı.

Haqqında məlumatlar

1982-ci ildə Şəki Tibb məktəbinə daxil olmuş, lakin elə həmin il əsgəri xidmətə çağırılmışdır. 1982-1984-cü illərdə hərbi xidmət borcunu yerinə yetirdikdən sonra Şəki Tibb məktəbində təhsilini davam etdirmiş və 1987-cı ildə oranı fərqlənmə diplomu ilə başa bitirmişdir.

1988-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1994-cü ildə bu ali təhsil ocağının fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ildə Şəkidə, 1995-97-ci illərdə Ukraynanın Dnepropetrovsk şəhərində, 2004-2009-cu illərdə isə 5 il Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində həkim işləmişdir.

2010-cu ildə Azərbaycan Dövlət tibb Universitetinin doktoranturasına daxil olmuş və 2013-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Əmək fəaliyyətini 2010-2019-cu illərdə Şəkidə həkim kimi davam etdirib. 2019-cu ilin sonlarından isə Səudiyyə Əribistanının paytaxtı Ər-Riyad şəhərindəki Alxarj xəstəxanasında daxili xəstəliklər şöbəsinin konsultantı vəzifəsində işləyir.