Diqqət!
1 aprel 2010-ci il tarixdən Şəki Ensiklopediyası sheki.wiki domenində fəaliyyət göstərir; Bu link vasitəsi ilə Şəki Ensiklopediyasının əsas saydına keçə bilərsiniz.

Elmira Hacıyeva

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Elmira Hacıyeva
Elmira Hacıyeva
Doğum tarixi 18 yanvar 1952 (1952-01-18) (68 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Urnük, Ağdaş rayonu
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu

Elmira Hacıyeva (Elmira Ələkbər qızı Hacıyeva; d. 1952, Urnük, Ağdaş rayonu, Azərbaycan SSR, SSRİ) — Şəki Tibb Kollecinin direktoru, 2019-cu il 23 dekabr tarixdə Azərbaycan Respublikasının ərazisində keçiriləcək bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd.

Haqqında məlumatlar[redaktə]

1952-ci ildə Ağdaş rayonunda ziyalı ailəsində anadan olub. 1958 – 1968-ci illərdə Nuxa şəhərindəki əvvəlcə 5, sonra isə 1 saylı orta məktəblərdə oxuyub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olub. 1974-cü ildə institutu bitirdikdən sonra 1974 – 1975-ci illərdə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında internatura keçib. 1975-ci ildə Şəki 3 saylı Uşaq poliklinikasında sahə həkimi kimi əmək fəaliyyətinə başlayıb və 1976-cı ildən 1985-ci ilə qədər həmin poliklinikanın baş həkimi vəzifəsində çalışıb. 1985 – 88-ci illərdə Şəki Birləşmiş Uşaq Xəstəxanasına baş həkim vəzifəsində işlədikdən sonra 1988-ci ildə Şəki Tibb Kollecinə direktor təyin olunub və hazırda həmin vəzifədə çalışır.

1997-ci ildən YAP–ın üzvü və Şəki Tibb Kolleci YAP ərazi ilk təşkilatının sədridir. Xeyriyyəçidir. İşlədiyi dövrdə bir çox mükafatlarla – Fəxri-Fərmanlara və diplomlarla təltif edilib.

2019-cu il 23 dekabr tarixdə Azərbaycan Respublikasının ərazisində keçiriləcək bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

Mükafatları[redaktə]

  • Azərbaycan Respublikası Prezident Aparatının Siyasi şöbəsinin 30 dekabr 2003-cü il tarixli məktubuna əsasən Heydər Əliyev adına və “Kainat” qəzetinin təsis etdiyi “İnam və Şərəf” diplomuna layiq görülüb.
  • Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2013-cü il tarixli 2952 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
  • Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun 30 dekabr 2013-cü il tarixli sərəncamı ilə “Səhiyyə” nominasiyası üzrə “Zirvə” mükafatına layiq görülüb.

Mənbələr[redaktə]