Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Mirvari Qəhrəmanlı

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Mirvari Qəhrəmanlı
Mirvari Üzeyir qızı Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
Doğum tarixi 23 iyul 1946 (1946-07-23) (73 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Şəki
Həyat yoldaşı Mürşüd Hacıyev
Uşağı 2 qız övladı və 3 nəvəsi var.
Atası Üzeyir
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Dini İslam[1]

Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; d. 23 iyul 1946, Şəki, Azərbaycan SSR, SSRİ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri[1]

İctimai-siyasi fəaliyyəti[redaktə]

SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur[2].

1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir[2].

Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir[2].

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə[3] yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır.

Ailəsi[redaktə]

Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır[1]. Ana babası təhsil almış molla olub[1][2]. Ailədə 7 uşaq olublar[2].

Həyat yoldaşı Mürşüd bəy Füzuli rayonundandır[4].

2 qız övladı (Mətanət və Sara[2]) və 3 nəvəsi var[4]. Böyük qızı Mətanət Əzizova da hüquq müdafiəçisidir və Qadın Krizis Mərkəzinin rəhbərlik edir[5][6].

İstinadlar[redaktə]