Murad Cabbarlı

Şəki Ensiklopediyası saytından
WikiSysop (Müzakirə | töhfələr) (WikiSysop Murad Cabbalı səhifəsinin adını Murad Cabbarlı olaraq dəyişdi.) tərəfindən edilmiş 21:03, 23 avqust 2019 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Murad Cabbarlı
Murad Qorxmaz oğlu Cabbarlı
Murad Cabbarlı
bayraqŞəki Şəhər İcra Hakimiyyətinin başçısıbayraq
21 aprel 2010 — 23 may 2011
Sələfi Nazim İbrahimov
Xələfi Elxan Usubov
 
Doğum tarixi: 5 may 1960 (1960-05-05) (59 yaş)
Doğum yeri: Bakı şəhəri
 

Murad CabbarlıŞəki Şəhər İcra Hakimiyyətinin başçısı (2010-2011-ci illər).

Həyatı[redaktə]

Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı il may ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə A.Qarayev adına Uşaq Kliniki Xəstəxanasında başlayıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini elmi kommunizm ixtisası üzrə bitirib. Fəlsəfə elmləri namizədidir.

1983-1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, 1991-1992-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində işləmişdir. 1992-1994-cü illərdə Moskva şəhərində "Soyuzvneştorq" istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994-1996-ci illərdə "Neftemaşimpeks" SC-də kommersiya işləri üzrə direktor, 1996-1998-ci illərdə "Texnotsentr-5" MMC-nin direktor müavini vəzifələrində çalışmışdır. 1998-2000-ci illərdə Bakı şəhərində "Şəms-R" elm-istehsalat şirkətində baş direktorun müavini, 2000-2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, həmçinin

2002-2006-cı illərdə əvəzçilik qaydasında "Savalan" ATSC idarə heyətinin sədri, 2006-2008-ci illərdə "ADA-Mülkiyyət" MMC-nin direktoru vəzifəsində işləmişdir. 2008-ci ildə "Şəki Aqro İndastris" MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə "Şəki Kərpic" MMC-nin direktoru vəzifəsində çalışmışdır. 2010-cu il aprel ayının 21-dən 2011-ci il may ayının 23-dək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir, bir övladı var.

Mənbə[redaktə]