Nizami İsrafilov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Nizami İsrafilov
Nizami İsrafilov.jpg
Doğum tarixi 1 yanvar 1959 (1959-01-01) (61 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Rütbə polkovnik-leytenant
İstefada 2015
Təltifləri Qüsursuz xidmətə görə III dərəcəli medalı - lent.png Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png

Nizami İsrafilov (Nizami Şəhriyar oğlu İsrafilov; d. 1 yanvar 1959, Nuxa, Azərbaycan SSR, SSRİ) — Qarabağ müharibəsi iştirakçısı, istefada olan polkovnik-leytenant.

Haqqında məlumatlar[redaktə]

1959-cu ildə Nuxa şəhərində anadan olub. 11 saylı məktəbdə orta təhsil almışdır. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1981 – 1988-ci illərdə neft sənayesi sahəsində fəaliyyət göstərən nəqliyyat departamentində müxtəlif vəzifələrdə çalışmışdır. 1988 – 1992 ci illərdə DOSAF sistemində işləsə də 1992-ci ildən könüllü olaraq Milli ordu sıralarına qatılıb. Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət edib. Azərbaycanın dövlət sərhədlərinin MDB-nin yuridiksiyadından Azərbaycanın yurisdiksiyasına qəbul edilməsində iştirak etmiş, Azərbaycanın dövlət sərhədləri ilə bağlı müvafiq komissiyasının üzvü olmuşdur. Müharibə veteranıdır. Bir sıra medallarla, mükafatlarla təltif edilib. 2015-ci ildən təqaüddədir.

Mükafatları[redaktə]

  1. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal – 30.08.2005;
  2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalı – 18.07.2008;
  3. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal – 18.08.2008;
  4. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 - 2009)” yubiley medalı – 18.08.2009;
  5. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal – 17.08.2012;
  6. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal – 18.07.2013;
  7. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı – 29.12.2013;
  8. “General Həzi Aslanov” yubiley medalı (Azərbaycan Respublikası Veteranlar Təşkilatı) – 18.08.2019.