"Rahim Həsənov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
(Səhifəni '{{Şəxs |Adı = Rahim Həsənov |Şəkil = Rahim Hasanov.jpg |Şəkil miqyası = 250px |Şəkil məlumat = Rahim Həsənov |Doğum tarixi...' ilə yarat)
 
(Fərqli deyil)

Səhifəsinin 21:47, 14 yanvar 2020 tarixinə olan son halı

Rahim Həsənov
Rahim Həsənov
Rahim Həsənov

Doğum tarixi 9 aprel 1981 (1981-04-09) (38 yaş)
Doğum yeri Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ, Şəki
Atası Rahim Rafiq oğlu Həsənov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti, bakalavr (1998 – 2002), Sumqayıt Dövlət Universiteti, magistr (2005 – 2007)

Rahim Həsənov (Həsənov Rahim Rafiq oğlu; d.  9 aprel 1981, Azərbaycan SSR, Şəki şəhəri) — AMEA Şəki Regional Elmi Mərkəzində şöbə müdiri, 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd.

Təhsili və karyerası[redaktə]

1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr, 2005 – 2007-ci illərdə isə Sumqayıt Dövlət Universitetinin politologiya fakültəsində magistr təhsili alıb. 2003-cü ildən Şəki şəhər 20 saylı tam orta məktəbdə tarix müəllimi, 2011-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində işləyir. 2012-ci ildən AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin dissertantıdır.

Elmi fəaliyyəti[redaktə]

Türkiyə Cümhuriyyətinin Ankara, İstanbul, İzmir, Bursa, Konya, Qars, İqdır, Çorum, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Kazan, Gürcüstan Respublikasının Tbilisi şəhərlərində beynəlxalq konfranslarda iştirak etmiş, sertifikat və diplomlara layiq görülmüşdür. Həmin simpozium və konfranslarda Şəki bölgəsinin tarixi və etnoqrafiyası ilə bağlı apardığı tədqiqatları dünya ictimaiyyətinə çatdırmışdır.

50-dən çox elmi məqaləsi həm respublika həm də Rusiya, Türkiyə, Almaniya, Ukrayna, Gürcüstan kimi ölkələrin beynəlxalq indeksli elmi məcmuələrdə işıq üzü görmüşdür.

İctimai aktivliyi[redaktə]

2004 – 2010-cu illərdə “Çağdaş İntibah Gənc Maarifçilər” İctimai birliyinin sədri olmuşdur.

Mükafatları[redaktə]

2009-cu il 30 sentyabr tarixində Azərbaycan Respublikası prezidentinin 505 № sərəncamı ilə “Tərəqqi” medalına, 2013-cü il 6 avqust 3044 № li sərəncamı ilə “İlin Ən Yaxşı Müəllimi” adına layiq görülüb.

Partiyalığı[redaktə]

Yeni Azərbaycan partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası tərəfindən 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd irəli sürülüb.

Ailəsi[redaktə]

Ailəlidir, iki övladı var.

İstifadə edilmiş mənbələr[redaktə]