Tünzalə Məmmədzadə

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Tünzalə Məmmədzadə
Məmmədzadə Tünzalə Adışirin qızı
Tünzalələ Məmmədzadə Tünzalələ Məmmədzadə
Doğum tarixi 3 may 1983 (1983-05-03) (36 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Şəki
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsi, bakalavr (2004 – 2008); Qərb Universitetinin Moda dizayn fakultəsi, magistr (2008 – 2010); Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, doktorluq (2011 – 2014); Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitutu, doktorluq (2014 – 2018).

Tünzalə Məmmədzadə (Məmmədzadə Tünzalə Adışirin qızı; d.  3 may 1983, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki təkəlduz sənəti tarixinin tədqiqatçısı, Qurani-Kərimin bütün mətnini ipək parça üzərinə köçürmüş azərbaycanlı rəssam, VI çağırış Azərbaycan Respublikası Milli Məclis seçkilərində 113 saylı Şəki Şəhər Seçki Dairəsindən namizəd.

Haqqında məlumatlar[redaktə]

1983-cü ildə Şəkidə anadan olub.

Təhsili[redaktə]

Şəkidə 18 saylı məktəbdə (1990 – 1998) və Bakıda 153 saylı məktəbdə (1998) oxuyub. Eyni zamanda Uşaq İncəsənət məktəbində musiqi (pianino) təhsili də alıb. Sonra təhsilini Bakı Pedaqoji Kollecində – ingilis dili müəllimi fakültəsində, davam etdirib (1998 – 2002). Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsində bakalavr (2004 – 2008), Qərb Universitetinin Moda dizayn fakültəsində magistr (2008 – 2010), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında isə doktorluq (2011 – 2014) təhsili alıb. O cümlədən, 2014 – 2018-ci illərdə İstanbulda yaşayaraq Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitutunda ikinci doktorantura təhsilinə də yiyələnib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tünzalə Məmmədzadəyə mükafat təqdim edərkən, İstanbul, 12 yanvar 2018.

Karyerası[redaktə]

2012-2014-ci illərdə Bakı Humanitar Kollecində dizayn fənnini tədris edib. 2019-cu ildən Bakı Mühəndislik Universitetinin dəvəti ilə “memarlıq və dizayn” kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.

Yaradıcılığı[redaktə]

Qeyri adi dizaynlı memarlıq layihələrinin müəllifidir. Əsərləri Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Şəffaf ipək üzərinə qeyri-adi tablolar işləyə bilir. Qurani Kərimin bütün mətnini qızılı və gümüşü boyalarla qara ipək parça üzərinə köçürüb; o, bu işi həyata keçirmək üçün 3 il vaxt sərf edib.