Diqqət!
1 aprel 2010-ci il tarixdən Şəki Ensiklopediyası sheki.wiki domenində fəaliyyət göstərir; Bu link vasitəsi ilə Şəki Ensiklopediyasının əsas saydına keçə bilərsiniz.
Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Yeganə Axundova

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Yeganə Axundova
Yegana Akhundova.jpg
Sənətkar haqqında məlumatlar:
Doğum tarixi 22 may 1960 (1960-05-22) (59 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→
Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Peşələri bəstəkar, pianoçu, pedaqoq,

Musiqi aləti piano
Təhsili Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2012


Yeganə Əsgər qızı Axundova — Azərbaycan pianoçusu, kompozitor və pedaqoq, Bakı Musiqi Akademiyasının xarici əlaqələr üzrə prorektoru (2005-ci ildən) və professoru (2009-cu ildən), Azərbaycan Respublikasının xalq artisti (2012).

Haqqında məlumatlar[redaktə]

1960-cı ildə Nuxa şəhərində anadan olub.

1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1984-cü ildən bu təhsil müəssisəsində işləyir. Həmçinin, 1985-cı ildə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında əmək təcrübəsi də əldə edib.

Bir çox ölkələrdə (Almaniya, Yunanıstan, İtaliya, Norveç, Türkiyə, Fransa, Avstriya, Polşa, Böyük Britaniya, Rusiya, İspaniya, Macarıstan, Mərakeş, Ruminiya və s.) qastrollarda olub.

Bakı Musiqi Akademiyasında 2003-cü ildən dosent, 2005-ci ildən xarici əlaqələr üzrə prorektor, 2009-cu ildən professordur.

Mükafat və təltifləri[redaktə]

  • Bakıda təşkil olunmuş pianoçuların Beynəlxalq Zaqafqaziya Müsabiqəsinin diplomatı (1985);
  • “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adı (2006);
  • “Humay” Azərbaycan Milli Mükafatı (2007);
  • AMEA-nın Yusif Məmmədəliyev adına mükafatı (2007);
  • Avropa – Amerika Qadın Konsorsiumunun “Uğurlu qadın” beynəlxalq mükafatı;
  • Beynəlxalq “Niaqara qızıl musiqisi” mükafatı (Kanada, Beynəlxalq Niaqara Müsiqi festivalı, 2007);
  • “Azərbaycan Respublikasının Xalq Artisti” fəxri adı (2012).

Xarici keçidlər[redaktə]