"Yusif Kərimli" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
(Eyni istifadəçi tərəfindən edilmiş bir dəyişiklik göstərilmir)
Sətir 20: Sətir 20:
 
| Sayt                  =  
 
| Sayt                  =  
 
}}
 
}}
'''Yusif Kərimli''' — ({{d.}} 12 iyun 2011, Şəki, Azərbaycan)  yeniyetmə Azərbaycan şahmatçısı,  şahmat üzrə öz yaş kateqoriyasında yeniyetmələr arasında şəxsi Avropa birinciliyinin  bürünc medalçısı (2019), məktəblilər arasında şahmat üzrə Avropa çempionu (2019).  
+
'''Yusif Kərimli''' — ({{d.}} 12 iyun 2011, Şəki, Azərbaycan)  yeniyetmə Azərbaycan şahmatçısı,  şahmat üzrə öz yaş kateqoriyasında şəxsi Avropa birinciliyinin  bürünc medalçısı (2019), məktəblilər arasında Avropa çempionu (2019).  
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==

19:01, 16 yanvar 2020 versiyası

Chess tile kl-whitebg.svg
Yusif Kərimli
Kərimli Yusif Elşad oğlu
Yusif Kərimli məktəblilərin şahmat üzrə Azərbaycan çempionatinda, dekabr, 2018 Yusif Kərimli məktəblilərin şahmat üzrə Azərbaycan çempionatinda, dekabr, 2018
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 12 iyun 2011 (2011-06-12) (8 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan

Yusif Kərimli — (d.  12 iyun 2011, Şəki, Azərbaycan) yeniyetmə Azərbaycan şahmatçısı, şahmat üzrə öz yaş kateqoriyasında şəxsi Avropa birinciliyinin bürünc medalçısı (2019), məktəblilər arasında Avropa çempionu (2019).

Haqqında məlumatlar

12 iyun 2011-ci ildə Şəki şəhərində anadan olub. 5 yaşından Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmatın sirlərini öyrənməyə başlayıb.

6 yaşında – 2017-ci ilin iyun ayında, Monteneqronun Budva şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə Avropa çempionatında 2010 – 2011-ci il təvəllüdlü məktəblilər arasında birinci yeri tutub.

7 yaşında – 2018-ci ildə Albaniyanın Durres şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə Dünya çempionatında isə öz yaş qrupu üzrə ikinci olub. Həmin il Polşanın Krakov şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə növbəti Avropa çempionatında öz yaşıdları arasında üçüncü olmuşdur.

2018-ci ilin dekabrında “Təhsil” Respublika İdman Mərkəzinin 6 yaş qrupu üzrə keçirdiyi məktəblilərin şahmat üzrə Azərbaycan çempionatında 2010 – 2011-ci il təvəllüdlü oğlanlar arasında birinci olaraq Türkiyənin Antaliya şəhərində keçiriləcək Dünya çempionatına vəsiqə əldə etmiş və Dünya çempionatında iştirak etmişdir.

2019-cu ilin may ayında İdman Gənclər Nazirliyi ilə Şahmat Federasiyasının birgə keçirdiyi Azərbaycan çempionatında 11 oyundan 10,5 xal toplayaraq birinci yeri tutmuş və FİDE-nin həmin ilin 20 avqust – 2 sentyabr tarixlərində Çinin Veifang şəhərində keçirəcəyi şahmat üzrə dünya çempionatına vəsiqə qazanmışdır.

2019-cu ilin iyun ayında Rumıniyanın Mamaya şəhərində təşkil olunan məktəblilər arasında şahmat üzrə Avropa çempionatında U-9 yaş kateqoriyasında 9 oyundan 9 xal toplayaraq Avropa çempionu adını qazanıb.

2019-cu ilin 1 – 11 avqust tarixlərində isə Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş şahmat üzrə yeniyetmələr arasında şəxsi Avropa birinciliyində bürünc medala layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən Yusif Kərimlinin də adını çəkmişdir:

"

2019-cu ildə Avropa çempionatında səkkiz yaşlı şahmatçılar arasında Dinarə Hüseynova qızıl medal qazanaraq Avropa çempionu olmuşdur, Səadət Bəşirli və Yusif Kərimli bürünc medal qazanmışlar.

"

İstinadlar

İstifadə edilmiş mənbələr