Əsas menyunu aç

Zivər İsrafilzadə — (İsrafilzadə Zivər Vidadi qızı; d. 24 avqust 1997, Şəki, Azərbaycan) — Kiyev şəhər administrasiyasında daxili audit şöbəsini mudiri.

Zivər İsrafilzadə
İsrafilzadə Zivər Vidadi qızı
ukr.: Ісрафілзаде Зівер Відаді Кизи
Zivər İsrafilzadə
Doğum tarixi 24 avqust 1997 (1997-08-24) (22 yaş)
Doğum yeri Flag of Azerbaijan.svg Azərbaycan, Şəki
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan→Flag of Ukraine.svg Ukrayna
Milliyyəti azərbaycanlı
Təhsili Kiyev Ali Polis Akademiyası, bakalavr (2015 – 2019), magistr (2019 – )

Haqqında məlumatlarRedaktə

1997-ci ildə Şəkidə anadan olub. 2004-cü ildə Kiyev şəhərindəki 46 №-li məktəbin 1-ci sinfinə gedib. 2015-ci ildə Kiyev Ali Polis Akademiyasının hüquq fakültəsinə qəbul olunub. 2019-cu ildə bakalavr dərəcəsinə yiyələnib və təhsilini Akademiyanin hüquq fakültəsinin magistraturasında qiyabi yolla davam etdirməyə başlayıb. Akademiyada təhsil zamanı Kiyev şəhər merıyasinda və Ukrayna Parlamentinin hüquq mühafizə orqanlarina nəzarət komitəsində iş təcrübəsi əldə edib. 2019-cu ilin iyul ayında – 21 yaşında, Kiyev şəhərinin mərkəzi rayonu olan Peçersk rayon administrasiyasinda Hüquq mühafizə orqanlarına nəzarət və korrupsiyaya qarşı mübarizə şöbəsində müdir müavini, iki ay sonra isə şəhər administrasiyanin daxili audit şöbəsini müdiri vəzifəsinə təyin edilib.

MaraqlıRedaktə

 
Zivər İsrafilzadə atası – Ukrayna Milli Ordusunun zabiti Vidadi İsrafilovla birlikdə, Kiyev, Ukrayna, 2014-cü il.

Kiyev şəhər administrasiyasinda vəzifəyə təyin edilməzdən əvvəl, Ukrayna qanunlarına görə ukrayna dilindən imtahan verərək Sertifikat alması tələb olunurdu. Zivər İsrafilzadə imtahandan uğurla keçmişdir.

Professional silahlardan sərbəst istifadə etmək və hədəfə sərrast atəş atmaq bacarığına malikdir.

Xeyriyyəçiliklə məşğuldur, uşaq evlərinə baş çəkir, valideynini itirmiş uşaqları hədiyyələrlə sevindirir.

Atasi Vidadi İsrafilov ilə birgə 2004 və 2014-cü illərdə Meydan hərəkatının iştirakçısı olub.

İstefada olan Azərbaycan polkovnik-leytenantı Nizami İsrafilovun qardaşı qızıdır.

İstifadə edilmiş mənbələrRedaktə