Çayqaraqoyunlu

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Çayqaraqoyunlu


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 1705 nəfər
Poçt indeksi AZ5539[1]



ÇayqaraqoyunluAzərbaycan Respublikasının Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə]

İncəçayın sahilində, dağətəyi düzənlikdədir. Etnotoponimdir.

Vaxtilə bu ərazidə maldarlıqla məşğul olan qaraqoyunlu tayfasının səkkiz yatağı olmuşdur. 19-cu əsrin ortalarında qaraqoyunlular bu yataqlarda yaşayış məntəqələrinin əsasını qoymuşlar.

"Çay" və "qaraqoyunlu" komponentlərindən düzəlmiş toponim "çay kənarındakı Qaraqoyunlu kəndi" mənasındadır.[2]

Əhalisi[redaktə]

Kəndin əhalisi 1705 nəfər təşkil edir ki, onun da 832 nəfəri kişi, 873 nəfəri isə qadındır.

Kənddəki yer adları[redaktə]

Bulaqlar[redaktə]

  • Kamil bulağı
  • Qarağac suyu

Dağlar[redaktə]

  • Sarı dağ
  • Uzun dağ

Dərələr[redaktə]

  • Ayı su içən dərə
  • Böyük dərə
  • Qaraqoyunlu dərəsi
  • Yavulqan dərəsi
  • Hürüqaçan dərəsi
  • Əyri dərə
  • Narlıca dərəsi
  • Ölü dərə

Qayalar[redaktə]

  • Səs verən qaya / Səsli qaya

Təpələr[redaktə]

  • Quzğun təpə
  • Qulaqlı təpə
  • Şiş təpə

Düzlər[redaktə]

  • Bayan düzü
  • Böyük taxta düzü

Nüylər[redaktə]

  • İydəli nüy
  • Palıdlı nüy

İstinadlar[redaktə]

  1. Azərpoçt. "İndekslər" (in az). www.azerpost.az. Archived from the original on 2016-04-19. http://archive.is/9GAmL. Retrieved 2016-04-19. 
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Şablon:Kənd-qaralama