Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Əbülfət Məmmədrəhimov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Əbülfət Məmmədrəhimov
Əbülfət Yaqub oğlu Məmmədrəhimov
Əbülfət Məmmədrəhimov
Sənətkar haqqında məlumatlar:
Doğum tarixi 10 yanvar 1952(1952-01-10)
Vəfat tarixi 27 yanvar 2016 (64 yaşında)
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Peşəsi tarzən

Musiqi aləti tar, saz, ud, gitara, qarmon, nağara, qoşa nağara

Əbülfət Yaqub oğlu Məmmədrəhimov (Əbülfət Şəkili) — tanınmış tarzən, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti. Tarla yanaşı, sazın və udun da əvəzsiz ifaçısı hesab edilirdi.

Həyat və fəaliyyəti[redaktə]

1952-ci ildə Nuxada anadan olub. Ələfsər Rəhimovun (Ələfsər Şəkilinin) qardaşı oğlu idi. Uşaq yaşlarından nağara çalmağı öyrənib, hətta toylara da gedib. Sonra qarmon, daha sonra tar çalmağa başlayıb. Şəki Şəhər Uşaq Musiqi Məktəbində musiqi təhsili alıb. Daha sonra Şəki Şəhər Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirib. 1980-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsində daxil olub.

Muğam Mərkəzində, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında çalışmaqla yanaşı, Asəf Zeynallı adına Musiqi Kollecində və 6 saylı İncəsənət Məktəbində tar ixtisası üzrə müəllimlik edirdi.

Ömrünün sonuna yaxın ağciyər xərçəngindən əziyyət çəkib. 27 yanvar 2016-cı il tarixdə Bakıda vəfat etmiş, 28 yanvar 2016-cı il tarixdə Şəkidə torpağa tapşırılmışdır.

İstifadə edilmiş əsas mənbələr[redaktə]