Ələfsər Məmmədov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Ələfsər Məmmədov
Ələfsər Bəxtiyar oğlu Məmmədov
Ələfsər Məmmədov
Doğum tarixi 4 yanvar 1952 (1952-01-04) (67 yaş)
Doğum yeri Oxud, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili ADPİ kimya fakültəsi

Ələfsər Məmmədov — kimya elmləri doktoru, professor, aparıcı elmi işçi.

Həyatı[redaktə]

Ələfsər Məmmədov 4 yanvar 1952-ci ildə Şəki rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetində "Su təhcizatı və su ayırma" kafedrasında professordur. Suyun analizi və təmizlənməsi üzrə dərslər verir. 121 elmi əsərin müəllifidir. 41 elmi əsəri xaricdə çap olunmuşdur. 4 müəlliflik şəhadətnaməsi, 3 dərslik, 2 bioqrafik kitab, 1 monoqrafiya müəllifidir. Nəzəri və təcrübi tədqiqatları nəticəsində turş-əsasi xarakterli katalizatorların (krekinq və piroliz üçün) seçilməsinin və fiziki-kimyəvi xassələrinin məqsədyönlü tənzimlənməsinin elmi əsaslarını inkişaf etdirmişdir. Turş-əsasi mexanizmli reaksiyalarda oksid sistemləri katalitik təsirinin proqnozlaşdırılması haqqında fərziyyəni inkişaf etdirmiş və D.T.Mendeleyevin kimyəvi elementlərin dövri sistemi cədvəlində katalizatora yüksək fəallıq verə biləcək elementlərin əhatə dairəsini müəyyən etmişdir. 3 namizədlik dissertasiyasının elmi rəhbəri olmuşdur. 2014-cü ildən baş elmi işçi vəzifəsində çalışır, 2015-ci ildən Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə Ekspert Komissiyasının üzvüdür.

Mükafatları və üzvlükləri[redaktə]

  • Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərman"ı (2011)
  • Bakı Dövlət Universitetini "Fəxri Fərman"ı (2012)
  • AMEA İqtisadiyyat İnstitutunun "Fəxri Diplom"u (2012)
  • Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Ziyalılar Şurasının üzvü
  • Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən kimya üzrə fəlsəfə və elmlər doktoru alimlik dərəcəsi verən İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvü

Əsas elmi əsərləri[redaktə]

  • О прогнозировании каталитического действия сложных оксидных систем кислотно-основного характера. I Бакинская Межд. конф, нефтехимия, Баку, 1994. с.150, 5
  • Термокаталитические превращения углеводородного сырья на модифицированных ВК цеолитах типа ультрасила. Нефтехимия, Москва, 1998. Т.38, №2, с. 107-110
  • Исследование взаимодействия монооксида углерода и н- бутана с поверхностью Cu-Cr-Co (Mn) /Al 2 О3/Al катализаторов методом термодесорбции. Конфер. посвящ. 95-летию акад. М.Ф.Нагиева, Баку, с.8, 2003.
  • Пиролиз бензина в присутствии катализаторов, обеспечивающих наибольший выход составных компонентов газа. Конфер. посвящ. 90-летнему юбилею чл. корр. НАНА З.Г. Зульфугарова, Баку, с. 10-11, 2004.
  • Влияние состава цеолитного компонента в цеолитсодержащих катализаторах на их активность в реакции пиролиза низкооктанового бензина. Нефтехимия и нефтепереработка, Москва, №4, с. 25-28, 2005.

İstinadlar[redaktə]