Əli Əhmədov (çəkməçi)

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
əli Əəhmədov
Əli Davud oğlu Əhmədov
Doğum tarixi 7.8.1934
Doğum yeri Şəki
Vəfat tarixi 4.3.2016
Vəfat yeri Baki seheri
Vətəndaşlıq Azerbaycanli

Əli Davud oğlu Əhmədov — çəkməçi, ”Əməkdar mədəniyyət işçisi” (19.09.1991)

Həyatı[redaktə]

Əli Davud oğlu Əhmədov 1934-cü ildə Şəki şəhərində anadan olub[1]. Adını nənəsi qoyub.

Atası Davud Şəki 2 illik Pedaqoji Məktəbində müəllim işləmişdir. 1937-ci ildə atası repressiya qurbanı olub. Əlinin oxumağa imkanı olmadığından 6-cı sinifə qədər oxuyub və dayısı Yaqub Əlizadə balaca Əlini 1949-cu ildə sənət artelində Aydın ustanın yanında şəyird qoymuşdur[2]. 1952-ci ilə qədər burada çalışmışdır.

Hələ Şəkidə ikinci sinifdə oxuyarkən dayısı ona Nizaminin “Xəmsə”sini oxumağı məsləhət görmüşdür. O, da öyrənmişdir. Nizaminin 5 poemasını əzbərdən bilir[3].

1952-ci ildə doğulduğu Şəkidən Bakıya köçmüşdür. Əvvəlcə burda bir sexdə işləmişdir. 1959-cu ildə isə xalq artisti Əlibaba Abdullayev onu Dövlət Filarmoniyasına işə götürmüşdür.

1954-1957-ci illərdə Sibirdə və Almatıda hərbi xidmətdə olmuşdur.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında rəqqaslarının ayaq geyimlərini çəkməçi Əli kişi tikir.

Əli dayı 25 il tanınmış rəssam Tahir Salahova, Aşıq Şəmşirə, Rəşid Behbudova və başqalarına ayaqqabı tikmişdir[3].

Əli Əhməıdov 19 sentyabr 1991-ci ildə[4] ”Əməkdar mədəniyyət işçisi” adını alıb[3].

Onun haqqında 20 şair şeir yazıb, 52 qəzet məqalə dərc edib. Onun şairlərdən yaxın dostu Bəxtiyar Vahabzadə olmuşdur.

Onun haqqında yazan müəlliflər içərisində Osman Mirzəyev, Hacıbaba Hüseynov da var. Yaxın günlərdə ona kitab bağışlayanlardan biri də Vaqif Səmədoğlu olub.

Rima Kazakovanın “Master Ali”, onun türk variantı olan və Ankarada çapdan çıxan “Qonduraçı Ali” şeiri də Əli Əhməıdov həsr olunub.

Həmçinin bax[redaktə]

İstinadlar[redaktə]