Ənvər Məmmədov (iqtisadçı)

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Ənvər Məmmədov
Ənvər Məmmədov
Ənvər Məmmədov

Doğum tarixi 1914(1914-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şəki, Zaqafqaziya,
Flag of the Russian Empire (black-yellow-white).svg Rusiya İmperiyası
Vəfat tarixi 1969(1969-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (55 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri Bakı, Azərbaycan
Həyat yoldaşı Nazan Nəcəfova
Uşaqları Natella Məmmədova
Suella Məmmədova
Atası Hacı Həkim
Anası Zəhra Məmmədova
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Bank rəhbəri
İqtisadçı

Ənvər Hacı Həkim oğlu Məmmədov (1914 - 1969) — Azərbaycan SSR dönəminin dövlət xadimi, iqtisadçı, Azərbaycan Xalq Bankının sədri.

Həyatı[redaktə]

Ənvər Məmmədov 1914-ci ildə Şəki şəhərində, ziyalı ailəsində anadan olub. Atası Hacı Həkim, 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub, milliyətcə ərəb olub. 1898-ci ildə Şəki şəhərinə köçüb, Cənubi Qafqazda tanınmış həkim olub, burada taun və tif viruslarına qarşı mübarizə aparıb. Anası Zəhra Məmmədova milliyətcə azərbaycanlı olub.

3 yaşında Ənvər Məmmədovun atası vəfat edib. Bundan sonra o, bacısı Əzizə ilə birlikdə internat məktəbdə böyüyür. Burada anasının "Məmmədov" soyadını götürür. Daha sonradan Bakı şəhərinə köçür. 1931-ci ildə K. Marks adına Xalq Təsərrüfatı İnstitutunda (hazırki İqtisad Universitetində) təhsil almağa başlayıb. 1936-cı ildə universitetin maliyyə-iqtisad fakültəsini bitirib.

Ali təhsilini aldıqdan sonra Ənvər Məmmədov, Moskva və Bakı şəhərlərində, Dövlət Nəzarət Komissiyasında iqtisadçı kimi işləməyə başlayıb. Daha sonra Azərbaycan SSR Xalq Bankının (hazırki Mərkəzi Bankın) şöbə rəhbəri vəzifəsinə çalışıb. 1950-ci ildə Ənvər Məmmədov Azərbaycan Xalq Bankının direktoru vəzifəsinə təyin edilib. Sonrakı illərdə, o, Dövlət İqtisad texnikumunin direktoru vəzifəsində çalışıb. Həyatının son illərində Oktyabr rayonunun (hazırki Yasamal rayonunun) maliyyə komitəsində çalışıb. 1969-cu ildə Ənvər Məmmədov xərçəng xəstəliyindən vəfat edib. Yasamal rayon qəbirstanlığında dəfn olunub.

Hacı Həkimin oğludur.

Ailəsi[redaktə]

Atası Hacı Həkim, anası Zəhra Məmmədova. Qardaşları Fərrux və Əhməd Məmmədovlar, bacıları Zəhra və Zərifə Məmmədovalar. 1944-ci ildə Nazan Nəcəfova (1917-2010) ilə ailə həyatı qurub. Nikahdan onun Natella (1945) və Suella (1947-2008) adlı iki qızı var.

Həmçinin bax[redaktə]