Əsgər Əyyubov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Əsgər Əyyibov
Əsgər Əyyibov Cabbar oğlu
Əsgər Əyyibov
Doğum tarixi 1926-ci il
Doğum yeri Şəki rayonu
Vəfat tarixi 2000-ci il
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
İxtisası iqlimşünas
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyət illəri 1955-2000
Mükafatları Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Coğrafiya Cəmiyyətinin Litge adına Qızıl medal laureatı

Əsgər Əyyubov Cabbar oğlu (d. 1926 -ci il Şəki rayonu.ö.2000-ci il Bakı şəhəri) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Coğrafiya Cəmiyyətinin Litge adına Qızıl medal laureatı.

Həyatı[redaktə]

Ə.C.Əyyubov Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1951-ci ildə BDU-nu bitirib, SSRİ EA Coğrafiya institutunun aspiranturasına qəbul olunmuşdur. 1954-ci ildə həmin isntitutda iqlimşünaslıq ixtisası üzrə «Azərbaycanın kurortları və istirahət yerlərinin iqliminin müqayisəli təhlili» mövzusunda namizədlik, 1971-ci ildə isə «Azərbaycanın iqlim ehtiyatları və onlardan əkinçilikdə istifadə olunması» mövzusunda doktorluq dissertasiyasını (Bakı şəhəri) müdafiə etmişdir.Əsgər Əyyubov istedadlı və işgüzar iqlimşünas alim olmaqla yanaşı həm də, aqroiqlim və kurort iqlimi elmi istiqamətlərinin, bitki və insan biometeorologiyası üzrə elmi məktəbin banisi və inkişaf etdiricisidir. Həmmüəlliflərlə birlikdə «Azərbaycanın iqlimi» monoqrafiyasına görə Respublika Dövlət mükafatına, «Azərbaycan SSR iqliminin bonitirofkası» əsərinə görə SSRİ EA Coğrafiya cəmiyyətinin F.P.Litke adına qızıl medalına, «Azərbaycanın aqroiqlim rayonlaşdırılması» divar xəritəsinə görə SSRİ XTNS-nın bürünc medalına, «Azərbaycan Respublikasının aqroiqlim atlası»na görə Respublika «Təhsil» cəmiyyətinin birinci mükafatına layiq görülmüşdür.[1]

Elmi fəaliyyəti[redaktə]

  • Ə.C.Əyyubov 1955-ci ildə coğrafiya elmləri namizədi kimi Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi, sonralar baş elmi işçi olmuş.
  • 1973-cü ildən 2000-ci ilədək «Təbiəti mühafizə», «Meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı», «İqlimşünaslıq» şöbələrinin müdiri vəzifələrində işləmişdir.
  • 1970-1990-cı illərdə YUNESKO-nun «İnsan və biosfer» (MAB) proqramı üzrə işçi qrupunun və ABƏŞ-də işçi qrrupunun rəhbəri idi.

Respublika radiosunda 20 il müddətində «Təbiət» jurnalının aparıcısı olmuş, Bakı ali məktəblərində pedaqoji fəaliyyət göstərmiş, bir neçə elmi-texniki və müdafiə şuralarının üzvü, respublika prezidenti yanında Ali Attestasiya komissiyasının eksperti, bir çox monoqrafik əsərlərin redaktoru, EA «Xəbərlər» jurnalının (Yer Elmləri bölməsi üzrə) baş redaktorunun müavini olmuşdur

Elmi əsərləri[redaktə]

200-dən artıq elmi əsər və 7 monoqrafiya çap etdirmişdir. Onlardan

  • «Azərbaycanın iqlimi haqqında oçerklər» (1962),
  • «İstisu kurortu» (Həmmüəlliflə) (1965),
  • «İqlim və hava (1967)»,
  • «Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması (1968)»,
  • «Azərbaycan SSR iqliminin bonitirovkası (1975)», «Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi» (1987),
  • «Azərbaycanın iqlimi» (həmmüəlliflərlə), «Azərbaycan SSR-in iqlim ehtiyatları» (1984) və s. qeyd etmək olar.[2]

Həmçinin bax[redaktə]

Ənvər Şıxlinski

Xarici keçidlər[redaktə]

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

İstinadlar[redaktə]

  1. Budaq Budaqov.Azərbaycanın coğrafiyaçı alimləri.Bakı "Elm nəşriyyatı" səh.48
  2. Budaq Budaqov Azərbaycanın çoğrafiyaçı alimləri Bakı "Elm nəşriyyatı" səh 49