Əzəl Sultanov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Əzəl Sultanov
Sultanov Əzəl Cəfər oğlu
Doğum tarixi 1905(1905-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şəki, Azərbaycan
Vəfat tarixi 1990(1990-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru

Sultanov Əzəl Cəfər oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki, tanınmış Sultanovlar nəslinin nümayəndəsi.

Həyatı[redaktə]

Sultanov Əzəl Cəfər oğlu Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki ADNSU) bitirmişdir. 1934-cü ildə Azərbaycanın geoloji bürosuna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə "Naftalanın akçaqıl çöküntülərinin litologiyası" mövzusunda namizədlik, 1944-cü ildə isə "Azərbaycanın məhsuldar qatının litologiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, akçaqılın əmələ gəlməsini dərinlik hərəkətləri intensivliyinin artması ilə əlaqələndirmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və "Çökmə süxurların petroqrafiyası" kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir.

Elmi fəaliyyəti[redaktə]

Sultanov A.C. neft-qaz yataqlarının çökmə və vulkanogen-çökmə süxurlarının və onlarla bağlı olan qeyri-metal faydalı qazıntıların litologiyası üzrə görkəmli alimdir. Çökmə və vulkanogen-çökmə süxurların və eləcə də paleozoydan tutmuş antropogenə qədər müxtəlif yaşlı çöküntülərin litofasial tərkibinin tədqiqatları ilə məşğul olmuş, onların korrelyasiyası, əmələgəlməsi üzrə tədqiqatlar aparmış və onların fasiyasını və paleocoğrafi şəraitlərini müəyyən etmişdir. O, ilk dəfə olaraq Azərbaycanın neftli-qazlı məhsuldar qatının əmələ gəlməsinin əsas fasial-tsiklik qanunauyğunluğunu müəyyən etmişdir.

Litoloqların Azərbaycan məktəbinin yaradıcılarındandır. Çox sayda elmlər namizədi və doktorları hazırlamışdır. 300-dən artıq elmi işin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir. Elmi fəaliyyətinə görə SSRİ-nin orden və medalları ilə təlrif edilmişdir.