Böyük Dəhnə

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Kənd
Böyük Dəhnə


Ölkə Azərbaycan
Region [[Şəki]]
Koordinatlar 40°58′27″N 47°07′08″E / 40.974038°N 47.118939°E / 40.974038; 47.118939 Map marker.svg40°58′27″N 47°07′08″E / 40.974038°N 47.118939°E / 40.974038; 47.118939
Əhalisi 5.255 nəfər
Poçt indeksi AZ5516[1]
Xəritəni aç/bağla
Böyük Dəhnə (Azərbaycan)
Red pog.png
Böyük Dəhnə (Şəki rayonu)
Red pog.png


Böyük DəhnəAzərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə]

Acınohur gölündən 10 km. aralı, Turut çölündədir. Oykonim böyük (olcu bildirir) və dəhnə (fars. "çay ağzı, kecid, suyun əsas mənbədən ayrıldığı yer, suvarma kanalının ağzı, sukeçirən yer, arx başı, arx başında bənd") komponentlərindən düzəlib, "böyük arx başı" mənasındadır[2].

Mədəniyyəti[redaktə]

1902-ci ildə kəndin ərazisində aparılan araşdırmalar zamanı burada üzərində qədim yunan yazıları olan abidə tapılmışdır. Abidənin I-II əsrlərə aid olduğu güman edilir.[3]

Coğrafiyası və iqlimi[redaktə]

Şəki ərazisi olsa da iqlimi Mərkəzi Aran iqliminə daha yaxın iqlimdi.

Əhalisi[redaktə]

Kəndin əhalisi 5418 nəfər təşkil edir ki, onun da 2675 nəfəri kişi, 2743 nəfəri isə qadındır.

Tanınmış şəxsləri[redaktə]

  • Gülyanaq Məmmədova - Yüksək dərəcəli vokalist – Müğənni. Filmlərdə mahnı ifa edən və iştirak edən. Əməkdar artist
  • Gülyaz Məmmədova - Müğənni. Filmlərdə mahnı ifa edən və iştirak edən. Əməkdar artist.
  • Məmməd Hacızadə - Yazar.
  • Cavanşir Feyziyev - Alim, millət vəkili
  • Məlumat Nurəddinov - Alim
  • Zaman Qarayev - Yazıçı
  • Məmmədxamis Hacızadə - Vəkillər kollegiyasının keçmiş üzvü, ziyalı
  • Fərəcullah İdrisov - Cərrah, Tibb üzrə fəlsəfə doktoru
  • İlkin Mustafayev - Tanınmış jurnalist
  • Oktyabr Rəşidov - Tanınmış ziyalı uzun müddət kənd sovetində, kənd icra nümayəndəliyində və bələdiyyəsində çalışmışdır.

İstinadlar[redaktə]

  1. Azərpoçt. "İndekslər" (in az). www.azerpost.az. Archived from the original on 2016-04-19. http://archive.is/9GAmL. Retrieved 2016-04-19. 
  2. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.151
  3. Azərbaycan Sovet Ensiklopediyası, Bakı, 1978, 2-ci cild, səh. 289

Şablon:Kənd-qaralama