Babaratma

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Babaratma


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 319 nəfər



BabaratmaAzərbaycan Respublikasının Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə]

Murdarçayın (Əyriçayın qolu) sahilində, Alazan-Həftəran vadisindədir. Kəndin yaxınlığında Babaratma piri var. Bu pirə bəzən Pirbaba da deyirlər. Rəvayətə görə, pir ərəb işğalları dövründə (VII əsr) yerli əhali ilə vuruŞmada öldürülmüş ərəb sərkərdəsi Babarutənin qəbridir. Oykonimin ikinci komponenti irətmə variantında yerli dialektdə "kəlağayı toxunan yer, emalatxana" mənasında işlənir. Məlumdur ki, Şəki ta qədimdən özünün qiymətli ipəyi və kəlağayısı ilə məşhurdur[1].

Əhalisi[redaktə]

Kəndin əhalisi 319 nəfər təşkil edir ki, onun da 164 nəfəri kişi, 155 nəfəri isə qadındır.

Babaratma piri[redaktə]

Şəki şəhəri Babaratma kəndindəki eyniadlı pir kompleksinə məqbərə, məscidlər və qəbiristanlıq daxildir. Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir (h. 1005 / m. 1596-1597). Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. «Babarta» «Baba ribat» sözünün təhrif olunmuş şəklidir.[2]

Türbə binasının divarında ərəbcə bu sözlər yazılıb : “Babaratma kəndindən olan və ziyarətgahda yaşayan Molla Abdullah ibn Molla Abdulmuttəlib Hz Muhammədin hicrətindən sonra 1100 ilində bərpa etdirdi və öz əli qəbrini qazdı” (1688-1689)

M5 Zaqatala - Yevlax yolunun Şəkidən keçən 366-ci km-i, Şəkinin girişindən 21 km sonra, Əyriçay su anbarı ilə üzbəüz, Suvagil kənd yolundan 1,3 km içəridə yerləşir.

Mədəniyyəti[redaktə]

Bura kiçik kənd olduğu üçün kənd məktəbində təhsil alan uşaqların sayı 60-dır.

İqtisadiyyatı[redaktə]

Kənd caamatı tütünçülüklə və əkinçiliklə məşğul olur.

İstinadlar[redaktə]

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (in az). AMEA Folklor İnstitutu. folklorinstitutu.com. 2008. Archived from the original on 2016-03-16. https://web.archive.org/web/20160316130833/http://folklorinstitutu.com/antologiyalar/Antol-18-Seki.pdf. Retrieved 2016-08-12. 

Şablon:Kənd-qaralama