Kateqoriya:Əfəndizadələr

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search

Şablon:Soy

ƏfəndizadələrAzərbaycan xalqının tanınmış soylarından biri.

Soyun yaranması[redaktə]

AMEA Şəki Regional Elmi Mərkəzinin yaradıcısı və sabiq direktoru (1972 – 2014) professor Zəkəriyyə Əlizadənin (1936-2016) rəhbərliyi ilə Azərbaycan tarixi üçün biri-birindən dəyərli, olduqca qiymətli əsərlər nəşr edilmişdir. Onların arasında 2 cildi çıxmış “Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabının ayrıca yeri var. Bu kitabın Zəkəriyyə Əlizadə ilə Sevinc Bəharəddin qızının ərsəyə gətirdiyi 1-ci cildində (Bakı: “Nafta-Press”, 2004, ss.134-136) Rövşən bəy Əfəndizadənin bütün nəsli haqqında bilgi verilib. Buradan öyrənirik ki, Rövşən bəyin babası Məhəmməd əfəndi zəmanəsinin məşhur ruhanilərindən olub. Şəkidəki “Məhəmməd əfəndi piri” adlı ziyarətgah onun məzarı olan yerdir. Məhəmməd əfəndinin oğlu Mustafa əfəndinin ziyarətgahı isə Yuxarıbaşın birinci rayonundakı came məscidindədir. Mustafa əfəndinin 12 oğlunun, 2 qızının olduğu söylənilir. Oğlu Mir Rövşən “1893-cü ildə Şəkidə açılan yeni milli məktəbdə rus dili müəllimi işləmişdir. Bu məktəbdə yeni üsulda dərs deyir, ana dili isə gizli tədris olunurdu. Sonralar bu məktəbdə şagird qəbulu azalmışdır. 1906-cı ildən məktəb təzədən camaatın idarəsinə keçmişdir. Giləhli məhəlləsinin adlı ziyalısı Məhəmmədəli Xəlifəzadənin “Təzə həyat” qəzetinin 1907-ci il 5 avqust sayında yazdıqlarından: “Bu gün, 24 iyulda Şəkinin birinci milli məktəbinə camaat tərəfindən müəllim təyin olunduq. […] Burada ikinci müəllim Haşım Məhəmmədzadə, rus dili müəllimi Mir Rövşən Əfəndiyev idi”.

İnjiner Mustafanın dediyinə görə, əmisi Mir Rövşən sonralar Bakıya köçmüş, rus dili müəllimi işləmiş, nəhayət, bədnam repressiyanın qurbanı olmuşdur”.[1]

Soyun tanınmış nümayəndələri[redaktə]

Mənbə[redaktə]

Aqil Əfəndiyev, Əfəndizadələr, Bakı:Azərnəşr, 2007, 160 səh.

Həmçinin bax[redaktə]

İstinadlar[redaktə]

Alt kateqoriyalar

Bu kateqoriya yalnız aşağıdakı altkateqoriyadan ibarətdir.

"Əfəndizadələr" kateqoriyasındakı məqalələr

Cəmi 3 səhifədən aşağıdakı 3 səhifə bu kateqoriyadadır.