Kiçik Dəhnə

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Kənd
Kiçik Dəhnə


Ölkə Azərbaycan
Region [[Şəki]]
Koordinatlar 40°59′36″N 47°05′10″E / 40.993463°N 47.086162°E / 40.993463; 47.086162 Map marker.svg40°59′36″N 47°05′10″E / 40.993463°N 47.086162°E / 40.993463; 47.086162
Əhalisi 13000 (qeyri-rəsmi məlumatlara əsasən) nəfər (2017)
Poçt indeksi AZ5524[1]
Xəritəni aç/bağla
Kiçik Dəhnə (Azərbaycan)
Red pog.png
Kiçik Dəhnə (Şəki rayonu)
Red pog.png


Kiçik DəhnəAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Umumi[redaktə]

Kicik Dəhnə Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Acınohur on dağlığındadır. Oykonim Böyük Dəhnə kənd adının qarşılığıdır[2].

Əhalisi 10 min nəfərdən çoxdur. Kənddə 60 çarpayılıq xəstəxana, 1024 nömrəlik elektron ATS, iki orta məktəb, müasir tipli kitabxana, klub tikilib istifadəyə verilib.

Kənddə məhəllələr öz tarixi adları ilə tanınır. Məsələn, Qaraçı, Xudulu, Nağıllı, Babalar, Alma bağı, Sadıqlı, Daşlı köbər, Dəlləkli, Hajaltı, Arx üstü, Aşağı baş, İdarə qabağı və s.[3]

Tarixi[redaktə]

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2006-cı ildə kənd ərazisində e.ə. XVI-XIII əsrlərə aid kurqanlar aşkar edilmişdir.[4]

Coğrafiyası və iqlimi[redaktə]

Kiçik Dəhnə kəndi Şəki rayonunun cənub hissəsində, Şəki şəhərindən 28 km aralıda yerləşir. İqlimi yarımsəhra iqlimidir. Kənd YevlaxQax rayonları ilə həmsərhəddir. Kənddə ən yüksək temperatur yay aylarında +45 °C, ən aşağı temperatur qış aylarında -6 °C olur. Bu iqlim şəraiti bu ərazidə subtropik bitkilərin yetişdirilməsi üçün münasibdir.

Əhalisi[redaktə]

Əhalisi 13.000 nəfərdən çoxdur (2017-cu il məlumatına görə).

İqtisadiyyatı[redaktə]

SSRİ dövründə kənd əhalisi kollektiv təsərrüfatda birləşərək əsasən baramaçılıq və tütünçülüklə məşğul idilər.

İndi isə əsas təsərrüfat bostançılıq, arpa və buğda əkinidir. Yetişdirilən məhsullar rayon bazarına və emal müəssisələrinə verilir.[3]

Təhsil[redaktə]

Kənddə iki orta məktəb vardır. Məktəbin məzunları Günel Abdullayeva 2011-ci ildə 700 bal toplamışdır. Bunula yanaşı Kiçik Dəhnədə çoxsayda Alim, Akademik (?!), Elmlər namizədi və Şairlər (!?) yetişmişdir.

İstinadlar[redaktə]

  1. Azərpoçt. "İndekslər" (in az). www.azerpost.az. Archived from the original on 2016-04-19. http://archive.is/9GAmL. Retrieved 2016-04-19. 
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. 3,0 3,1 http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2010&Pid=6108
  4. http://az.apa.az/news.php?id=172534

Şablon:Kənd-qaralama