Nərgiz Əsgərzadə

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Nərgiz Əsgərzadə
Nərgiz Saleh qızı Əsgərzadə
Nərgiz Əsgərzadə
Doğum tarixi 15 avqust 1929(1929-08-15)
Doğum yeri Bakı
Vəfat tarixi 1 oktyabr 2016 (87 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Şəki
Elmi dərəcəsi memarlıq elmləri namizədi
Təhsili Azərbaycan Politexnik institutunu
Mükafatları “Azərbaycan SSR-in əməkdar memarı” Fəxri adı

Nərgiz Saleh qızı Əsgərzadə – Azərbaycan SSR-in əməkdar memarı (1986), memarlıq elmləri namizədi (1961).

Həyat və fəaliyyəti[redaktə]

1929-cu ildə Bakıda pedaqoq ailəsində anadan olub. 1951-ci ildə Azərbaycan Politexnik institutunu bitirib, 1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək memarlıq elmləri namizədi elmi dərəcəsi alıb.

4 monoqrafiyanın, 6 kitabın və 42 dərc olunmuş elmi məqalənin müəllifidir.

1971-1990-cı illərdə Azərbaycan MEA Nizami adına Ədəbiyyat Tarixi Muzeyində direktor müavini işləyib.

3 oktyabr 1986-cı il tarixdə “Azərbaycan SSR-nin əməkdar memarı” fəxri adını alıb.

1990-cı ildən 2007-ci il avqustun 1-dək Şəki Regional Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Həmçinin mərkəzdəki “El sənətləri” qrupuna da rəhbərlik edib. 2007 il avqustun 1-də görmə qabiliyyətinin zəifləməsi səbəbindən öz xahişi ilə işdən çıxıb. İşdən çıxmazdan əvvəl şəxsi kitabxanasını Elmi Mərkəzə bağışlamışdır.

İctimai aktivliyi[redaktə]

Azərbaycan SSR EA Partiya komitəsi katibinin müavini, daha sonra Azərbaycan SSR EA Qadınlar Şurasının sədri olmuşdur.

Ailəsi[redaktə]

  • Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. Mövsüm Salamovun böyük qardaşı olub.
  • Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
  • Bacı-qardaşları: Ruhəngiz və Firəngiz adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
  • Həyat yoldaşı: Məmməd Rəhimov – ixtisasca mühəndis-energetik idi. Atası Şəkidə fabrik sahibi olmuşdu.
  • Uşaqları: Nigar – memar; Nicat – ingilis dili mütəxəssisi, müsiqiçi.

Xatirə gecəsi[redaktə]

20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında təşkil olunmuş Nərgiz Əsgərzadənin xatirə gecəsi iştirakçilarından bir qurup.

20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında Nərgiz Əsgərzadənin xatirə gecəsi keçirilmişdir. Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə Əsgərzadə ilə birlikdə işləmiş həmkarları, eləcə də qohumları və ailə dostları iştirak ediblər. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlamış, Əsgərzadənin xatirəsinə ehtiram əlaməti olaraq bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirmişdir. Sonra Nərgiz Əsgərzadənin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

İstifadə edilmiş əsas mənbə[redaktə]