Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Nasir Mustafazadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nasir Mustafazadə
Mustafazadə Nasir Nadir oğlu
Nasir Mustafazadə
Nasir Mustafazadə

Doğum tarixi 10 may 1958 (1958-05-10) (62 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Peşəsi “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Milliyyəti azərbaycanlı
İxtisası iqtisadçı-mühəndis
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
Mükafatları "Tərəqqi" medalı "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı

Mustafazadə Nasir Nadir oğlu (Mustafazadə Nasir Nadir oğlu; d.  10 may 1958-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ ) — Azərbaycan Respublikasının əməkdar mühəndisi, “Azəri Servis LTD” MMC-nin direktoru.

Haqqında məlumatlar[redaktə]

1958-ci ildə Nuxada anadan olub.

1975-ci ildə Nuxadakı 12 saylı orta məktəbi bitirib.

1975 – 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.

1980-ci ildə Baş Kolxozlararası Tikinti İdarəsinin Şəkidəki 7 nömrəli tikinti trestində əmək fəaliyyətinə başlayıb.

1981 – 1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

1983 – 1987-ci illərdə Şəkidə yenicə yaranmış Könüllü Yanğından Mühafizə Cəmiyyətinin sədri,

1987 – 1988-ci illərdə isə Şəki şəhər Abadlıq Kombinatının direktoru vəzifəsində işləyib.

1988-ci ildə seçki yolu ilə Şəki Kommunal Təsərrüfatı Birliyinin baş direktoru seçilib.

1991 – 2004-cü illərdə “Azərkəndsutəchizatı” Dövlət Konserninin 16 nömrəli Mexanikləşdirilmiş Səyyar Dəstəsinin rəisi olub.

2000-ci ildə “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib və həmin vaxtdan bu şirkətin rəhbəridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları[redaktə]

  • Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə Mustafazadə Nasir Nadir oğlu “Tərəqqi” medalı ilə təltif edilmişdir.[1].
  • 10 aprel 2017-ci il tarixdə Mustafazadə Nasir Nadir oğlu Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilmişdir[2].

Ailəsi[redaktə]

Ailəlidir, üç övladı, üç nəvəsi var.

İstinadlar[redaktə]