Nazim Hacıyev

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search

Nazim Məmmədiyə oğlu Hacıyev
NAZİM HACIYEV.jpg
 
Doğum tarixi: 3 iyun 1924(1924-06-03)
Doğum yeri: Nuxa şəhəri, Azərbaycan SSR
Vəfat tarixi: 30 iyul 1962(1962-07-30)
Vəfat yeri: Bakı, Azərbaycan SSR
 

Nazim Məmmədiyə oğlu Hacıyev – 1924-cü il iyunun 3-də Azərbaycan SSR Nuxa şəhərində anadan olmuş, 1962-ci il avqustun 1-də vəfat etmişdir. Nazim Hacıyev Azərbaycan SSR-in dövlət və siyasi xadimi olmuşdur.

Həyatı[redaktə]

Nazim Məmmədiyə oğlu Hacıyev 1940-cı ildə Nuxada peşə məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur. Lakin 1941-1945-ci illər müharibəsinin başlaması ilə əlaqədar olaraq təhsilini yarımçıq saxlamış, Nuxaya qayıdaraq “Nuxa fəhləsi” qəzetində ədəbi əməkdaş kimi çalışmışdır. 1941-1943-cü illərdə Nuxada 12 saylı məktəbdə dil və ədəbiyyat müəllimi işləmiş, Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist vəzifələrində işləmişdir. O, 1943-cü ildə “Nuxa fəhləsi” qəzetinin məsul katibi təyin edilmişdir.

Nazim Hacıyev 1944-cü ildən universitetdə təhsilini davam etdirmiş və 1944-47-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında (NKVD) işləmişdir.

Nazim Hacıyev 1947-ci ildə komsomol işinə keçmiş, Bakı şəhər Komsomol Komitəsinin katibi seçilmişdir. O, 1950-ci ildə Azərbaycan KP Bakı Komitəsi Təbliğat şöbəsinin təlimatçısı təyin edilmiş, ardınca Azərbaycan Tibb İnstitutunun Partiya komitəsinin katibi təyin edilmişdir. Nazim Hacıyev 1951-ci ildə Azərbaycan LKGİ-nın XIX qurultayında LKGİ MK-nın katibi, 1952-ci ildə isə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilmişdir.

Nazim Hacıyev ÜİK(b)P-nin XIX qurultayına nümayəndə seçilmişdi (5-14 oktyabr 1952-ci il) [1].

Nazim Hacıyev Sov.İKP-nin XX qurultayının da nümayəndəsi idi (14-21 fevral) [2].

Nazim Hacıyev 1956-ci ildə Ümumittifaq LKGİ MK-nın Büro üzvü seçilmişdi. O, 1956-58-ci illərdə Azərbaycan KP MK-nın Elm və təhsil şöbəsinin müdiri, 1958-ci ildən isə Sov.İKP MK-nın əvvəlcə məsul təşkilatçısı, sonra isə sektor müdiri olmuşdur. 1960-cı ildən Azərbaycan KP MK-nın ideologiya üzrə katibi olmuşdur. Nazim Hacıyev 1961-ci ilin yanvarında məqsədli şəkildə yanlış edilən cərrahi əməliyyat üzündən ağır xəstələnmiş və 1962-ci il iyulun 30-da vəfat etmişdir.

Nazim Hacıyev Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur [3].

Siyasi fəaliyyəti[redaktə]

Bakı, Nazim Hacıyev küçəsi


Nazim Hacıyev Orta Asiyaya deportasiya olunmuş Mesxet türklərinin Azərbaycan SSR-ə köçürülməsinin əsas təşəbbüsçülərindən və təşkilatçılarından biri olmuşdur.

Nazim Hacıyev xaricdəki erməni diasporunun, Ermənistan SSR rəhbərliyinin, habelə SSRİ rəhbərliyində özünə yuva qurmuş A.Mikoyanın təzyiqlərinə qarşı çıxış edərək, 1960-cı ilin dekabrında Sov.İKP MK-nın Rəyasət Heyətində və sonra – 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda[4][5]) Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırmış, həmin torpaqların Azərbaycan SSR ərazisində saxlanılmasına nail olmuşdur. Məhz buna görə həmin iclaslarda MikoyanSuslov onu “millətçilikdə” suçlamışlar.

Nazim Hacıyev gənclər, beynəlxalq, mədəni, təhsil, beynəlxalq siyasət, habelə dövlət problemləri və partiya quruculuğu məsələləri üzrə 50-dən artıq kitab və məqalələrin müəllifidir.

Xatirəsi[redaktə]

Bakıda (keçmiş 6-cı Alatava küçəsi) və Şəkidə Nazim Hacıyevin adına küçə vardır. Sovet hakimiyyəti illərində Şəkinin mərkəzi istirahət klubu, İnçə kəndində sovxozBaş Küngüt kəndində orta məktəb onun adını daşıyırdı.

2019-cu ildə "Aranfilm" Yaradıcılıq Mərkəzində Nazim Hacıyevin həyatından bəhs edən "Bir qəsdin tarixi" sənədli filmi istehsal edilmişdir.[6]

Əsərləri[redaktə]

  1. Гаджиев Н. М. Из практики работы по интернациональному воспитанию трудящихся. — М.: Знание, 1961. — 36 с. — 2000 экз.
  2. Гаджиев Н. М. Французские встречи: [Путевые заметки участника Делегации советской молодёжи во Францию в 1955 г.]. — Баку: Детюниздат, 1956. — 130 с. — 6000 экз.

İstinadlar[redaktə]

  1. "Делегаты XIX съезда ВКП(б) 5—14.10.1952". Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991. Archived from the original on 2012-09-21. http://www.webcitation.org/6AplE9F5U. Retrieved 2012-05-18. 
  2. 20 съезд КПСС. Стенографический отчет….546 С.
  3. "Fəxri Xiyabanda dəfn olunanlar". Azerbaijan.az. Archived from the original on 2012-09-21. http://www.webcitation.org/6AplFDQza. Retrieved 2012-05-18. 
  4. Султанов Ч.А. Нашествие, 2002
  5. http://elibrary.bsu.az/yenii%5Cebookspdf%5CP35SkMhN.pdf
  6. Эльмира Ахундова (06.06.2019). "Смертельная схватка Анастаса Микояна и Назима Гаджиева" (in ru). 1news. http://www.1news.az/news/smertel-naya-shvatka-anastasa-mikoyana-i-nazima-gadzhieva. Retrieved 2019-06-06. 

Ədəbiyyat[redaktə]

  1. Мирзоев О. Один раз живём: Имам Мустафаев, Шихали Курбанов, Назим Гаджиев. — Баку: 1991.
  2. Кикнадзе А. Бакинская подкова. — Москва: 2003.
  3. Полонский Л. Сквозь годы мчась… : Эссе // Литературный Азербайджан (журн.). — 2001. — №1.
  4. Помпеев А. Кровавый омут Карабаха. — Кн. 2. — Баку: 1994
  5. Семичастный В. Беспокойное сердце. — Москва: 2002.
  6. Вышка (газ.). — 1989, 30 июня; 1993, 15 октября.
  7. Молодёжь Азербайджана (газ.). — 1989, 2 ноября.
  8. Азербайджан (газ.). — 1993, 9 сентября.
  9. Гюнай (газ.). — 2002, 5—11 октября.